Daha bir bankın cəmi aktivləri 1 milyard manatı keçib
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci rübü ərzində "Bank of Baku"nun cəmi aktivləri 70 milyon 786 min manat və ya 7,6% artaraq 31 mart 2025-ci il tarixində 1 milyard 5 milyon 59 min manata çatıb. Bank 2024-cü ilin sonunda 934 milyon 273 min manat cəmi aktivlərə malik idi.
Marja.az xəbər verir ki, o cümlədən, "Bank of Baku"nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 16 milyon 619 min manat və ya 2,2% artaraq 777 milyon 43 min manata yüksəlib. Bankın qiymətli kağızlara investisiyaları 31 milyon 942 min manat və ya 72% artaraq 76 milyon 362 min manata qalxıb.
İlk rübdə "Bank of Baku"nun cəmi depozit portfeli 25 milyon 952 min manat və ya 4,4% artaraq 31 mart 2025-ci il tarixində 618 milyon 467 min manat təşkil edib.
XALİS MƏNFƏƏTİ 2 DƏFƏ ARTIB
"Bank of Baku" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 7 milyon 143 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 3 milyon 504 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank of Baku"nun xalis mənfəəti 2025-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 639 min manat və ya 2 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
2025-ci ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 5 milyon 787 min manat və ya 14,8% artaraq 44 milyon 838 min manat, cəmi əməliyyat xərcləri isə 2 milyon 810 min manat və ya 8,6% artaraq 35 milyon 313 min manat təşkil edib. "Bank of Baku"nun əməliyyat gəlirlərindəki artımın məbləği əməliyyat xərclərindəki artımın məbləğindən 2 milyon 977 min manat çox olduğu üçün əməliyyat mənfəəti də bir o qədər artıb.
2024-cü ilin 1-ci rübünün yekununda "Bank of Baku"nun əməliyyat mənfəəti 6 milyon 550 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 9 milyon 525 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 339 min manat mənfəətə əlavə olunub (ötən ilin eyni dövründə Bank əməliyyat mənfəətindən 1 milyon 760 min manat ehtiyata ayırmışdı). Beləliklə, həm gəlirlərin artması, həm də ehtiyatdan qayıdan məbləğ "Bank of Baku"nun xalis mənfəətinin 2 dəfə artmasını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
2 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
3 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
3 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
5 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























