Azərbaycanda ilk dəfə pasterizə olunmuş yumurta istehsalı sahəsi istifadəyə veriləcək
Yaxın zamanda Hacıqabul Quşçuluq Şirkəti Azərbaycanda ilk dəfə olaraq pasterizə olunmuş yumurta istehsalı sahəsini istifadəyə verməyə hazırlaşır.
Bu barədə Marja-ya Hacıqabul Quşçuluq Şirkətindən bildirilib.
Qeyd edilib ki, bu innovativ addım məhsulun saxlanma müddətini artırmaqla yanaşı, qlobal bazarlarda rəqabət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində təsis edilmişdir. Şirkət hazırda gündəlik 2 000 000 ədəd, illik isə 720 000 000 ədəd yumurta istehsalı gücünə malikdir. Müəssisədə qurulmuş müasir laboratoriyada məhsullar beynəlxalq standartlara uyğun olaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə analiz edilir.
Xəbər verdiymiz kimi, Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan Hacıqabul Quşçuluq Şirkəti ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya ştatına yumurta ixracını uğurla həyata keçirilmişdir. İxrac olunan məhsullar ABŞ-ın müvafiq dövlət qurumları tərəfindən laborator müayinədən keçirilmiş, istehlaka yararlı hesab edilərək bazara çıxarılmışdır.
ABŞ-da quş qripi səbəbilə baş verən yumurta çatışmazlığı və qiymət artımı fonunda əldə olunmuş razılaşmaya əsasən, ilkin mərhələdə 720 000 ədəd yumurta Corciya ştatına göndərilmişdir. Əlavə olaraq, iki ABŞ mənşəli şirkət tərəfindən həftəlik olaraq 1 080 000 ədəd yumurta üçün sifariş tələbi qəbul edilmişdir.
Yumurtaların daşınması “Poti Logistik Parkı”nın dəstəyi ilə konteynerlər vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Bu mühüm addım Azərbaycanın yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının qlobal bazarlarda artan nüfuzunun və rəqabət qabiliyyətinin barizgöstəricisidir.
Hacıqabul Quşçuluq Şirkəti eyni zamanda Afrika qitəsində də uğurlu ixrac addımı atmışdır. Belə ki, Qambiya Respublikasına 770 000 ədəd yumurta ixrac edilmiş, cari ayın sonunadək əlavə 820 000 ədəd yumurtanın göndərilməsi planlaşdırılır.
Hazırda Hacıqabul Quşçuluq Şirkəti Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Əfqanıstan bazarlarına müntəzəm yumurta ixracını həyata keçirir. Təkcə 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərinə ümumilikdə 26 542 800 ədəd yumurta ixrac olunmuşdur ki, bu da ölkədə daxili yumurta balansının qorunub saxlanmasına öz müsbət töhfəsini vermişdir.
Əlavə olaraq Avropa İttifaqı ölkələrinə ixrac istiqamətində zəruri texniki və hüquqi prosedurlara başlanmışdır. Həmçinin Körfəz ölkələri ilə yeni ixrac müqavilələrinin imzalanması üzrə yekun danışıqlar aparılır və yaxın günlərdə bu bazarlara da ixracın başlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
18 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
2 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
3 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















