Sahibkarların 30 layihəsinə 500 min manatdan çox qrant ayrılacaq
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıbMikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaydığı məlumatda bildirilir ki, Agentlik tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 30-na ümumilikdə 500 min manatdan çox qrant vəsaitinin ayrılması barədə qərar qəbul olunub.
Qalib layihələr kənd təsərrüfatı, sənaye, alternativ enerji, ətraf mühitin qorunması, xidmət, təhsil, maliyyə və s. kimi sektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal həllərin yaradılması və təkmilləşdirilməsini, tədqiqatların aparılmasını və digər istiqamətləri nəzərdə tutur.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının bu gün keçirilmiş iclasında qeyd edilib ki, 7-ci qrant müsabiqəsinə KOB subyektləri tərəfindən 287 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 89-u hüquqi, 198-i fiziki şəxslərə, o cümlədən 275-i mikro, 12-i kiçik sahibkarlıq subyektlərinə məxsus olub. Müsabiqəyə təqdim olunmuş layihələrdən 85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstək layihələridir.
Qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-cı qrant müsabiqəsinə sənəd qəbulu 15 aprel – 14 may 2025-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 may 2025-ci il – 16 iyun 2025-ci il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
3 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
3 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
4 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
6 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























