AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb
Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
AccessBank-ın yaydığı press-relizdə bildirilir ki, Bank, 2025-ci ilin 1-ci yarısının nəticələrinə görə, 20.9 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 8.3% və ya 123.3 mln manat artaraq 1.6 mlrd. manata çatıb.
Sözügedən artımın əsas səbəbi kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki:
-Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 13.3% və ya 143.7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 224.6 milyon manat təşkil edib.
-Kredit portfelinin 76.8%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 940.4 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 11.7% və ya 98.9 milyon manat artıb.
-Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və hesabat dövrün sonuna 1 066.9 milyon manat təşkil edir.
-AccessBank hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 32.5 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 135.4 mln manata çatmışdır.
-Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir.
-2025-ci ilin 1-ci yarısı ərzində Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 23% və ya 38.6 milyon artaraq 205.9 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.1 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
-Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.6% artaraq 121.3 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 7.1 milyon artaraq 74.0 milyon manat təşkil edir.
-Xalis əməliyyat mənfəəti isə 2025-ci ilin 1-ci yarısında 34.2 milyon manat təşkil edib.
-Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 74.05% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.5 dəfə yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 d. əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
5 d. əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
10 d. əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
29 d. əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
2 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























