“125 milyard dollardan çox mənfəət əldə etmişik”
![“125 milyard dollardan çox mənfəət əldə etmişik”](/storage/thumbnail/cover/cdn/2017/september/14/1505373115.jpg)
Azərbaycan hökuməti və tərəfdaşlar Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzaladılar
Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar.
"Marja" xəbər verir ki. saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.
Saziş bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanmışdır.
Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.
Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunmuşdur.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev:
“Bu gün Azərbaycan üçün əlamətdar bir gündür. Bu gün bizə “Əsrin Müqaviləsi”nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulmuşdur. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 miyard dollar sərmayə qoyulmuş və 440 milyon ton neft hasil edilməklə ölkəmiz 125 milyard dollardan çox birbaşa mənfəət əldə etmişdir.
Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır.”
BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli: “Ötən 23 il ərzində “Əsrin Müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişmişdir. Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar.”
Mühüm rəqəmlər:
-AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanmışdır. O vaxtdan bəri yatağın işlənməsinə təqribən 33 milyard dollar sərmayə qoyulmuşdur.
-İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilmişdir. İndiyədək AÇG-dən təqribən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft hasil edilmiş və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınmışdır.
-AÇG-dən həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilmişdir.
-2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 000 barel hasilat əldə edilmişdir.
-Hazırda AÇG-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
"Kapital Bank”ın dollar istiqrazlarına 37 investordan 37 sifariş - HƏRRACIN NƏTİCƏSİ AÇIQLANDI
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Rusiya büdcəsinin neft satışından gəlirləri 50 faizə yaxın artıb
-
6 saat əvvəl
Danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pirşağı-Novxanı-Xırdalan yolundan Saray qəsəbəsinə giriş-çıxış tam məhdudlaşdırılacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Belçikanın çörəkçi-kafelər şəbəkəsi Azərbaycan bazarına daxil olur - MÜQAVİLƏ BAĞLANIB
-
7 saat əvvəl
Zelenski: Rusiya ilə Ukrayna arasında ABŞ, Çin və ya Aİ vasitəçilik edə bilər, Macarıstan yox
- 7 saat əvvəl
-
7 saat əvvəl
"10-a yaxın Çin şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib"
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
!["Kapital Bank”ın dollar istiqrazlarına 37 investordan 37 sifariş - HƏRRACIN NƏTİCƏSİ AÇIQLANDI](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/dollar-2158015108-640x640.jpg)
"Kapital Bank”ın dollar istiqrazlarına 37 investordan 37 sifariş - HƏRRACIN NƏTİCƏSİ AÇIQLANDI
![İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı](/storage/thumbnail/thumbnail/cdn/2024/may/8/investisiya_sirketleri_2024.jpg)
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
![Danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/putin-modi.jpg)
Danışıqların əsas mövzularına iqtisadi məsələlər də daxildir
![Belçikanın çörəkçi-kafelər şəbəkəsi Azərbaycan bazarına daxil olur - MÜQAVİLƏ BAĞLANIB](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/LePainQuotidien.jpg)
Belçikanın çörəkçi-kafelər şəbəkəsi Azərbaycan bazarına daxil olur - MÜQAVİLƏ BAĞLANIB
![Neftdə ABŞ fırtınası](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/neft.jpg)
Neftdə ABŞ fırtınası
![Sabahın rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2024/Yanvar/22/zencir_dollar-1.jpg)
Sabahın rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
![5 000 dollar 5 il ərzində 500 000 dollar qazandıra bilər?](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/ismayilzade-ferid.jpg)
5 000 dollar 5 il ərzində 500 000 dollar qazandıra bilər?
![Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/sari.jpeg)
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi
![Texnologiya həvəskarlarına şad xəbər: festival keçiriləcək](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/iFest.jpg)
Texnologiya həvəskarlarına şad xəbər: festival keçiriləcək
![Azərbaycanda Bosch brendinin ilk eksklüziv mağazası açıldı! - VİDEO](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/BE_Bosch_White.png)
Azərbaycanda Bosch brendinin ilk eksklüziv mağazası açıldı! - VİDEO
!["Holberton School Azerbaijan" ilk Məzun Gününü qeyd edib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/holberton_mektebi/holberton.jpg)
"Holberton School Azerbaijan" ilk Məzun Gününü qeyd edib
![BOKT-a illik 15 faizlə pul lazımdır -MƏBLƏĞ, ŞƏRTLƏR](/storage/thumbnail/thumbnail/cdn/2023/oktyabr/05/100-manat-2.jpg)
BOKT-a illik 15 faizlə pul lazımdır -MƏBLƏĞ, ŞƏRTLƏR
![Topdan gübrə satan şirkətin gəliri artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/aits.jpg)
Topdan gübrə satan şirkətin gəliri artıb
![“65 minlik evə görə 250 min manat istəyir” - MTK rəhbəri](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/08/mahal-mtk.png)