2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 836 milyon manat çox, xərclərinin isə 702 milyon manat az olacağı gözlənilir
Dövlət və icmal büdcələrin 2025-ci ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb.
Dövlət büdcəsinin gəlirləri
Marja.az göstəricilərə istinadən xəbər verir ki, 2025-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 192 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19 milyard 243 milyon manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19 milyard 949 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366 milyon manat və ya 1,9 faiz artması gözlənilir.
Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16 milyard 320 milyon manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 600 milyon manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14 milyard 481 milyon manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1 milyard 111 milyon manatı və ya 2,8 faizi sair gəlirlərin payına düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16 milyard 320 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 300 milyon manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard 20 milyon manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcəkdir.
Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1 milyard 800 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini və ya 2 milyard 100 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
2025-ci il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların 600 milyon manat və ya 40 faiz artacağı gözlənilir.
2025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard 20 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350 milyon manat və ya 3 faiz çoxdur.
Cari ilin yanvar-iyun ayları üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat və ya 5,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat və ya 3,5 faiz, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 faiz çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaratmışdır.
2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 680 min manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəricidən 200 min manat və ya 22,7 faiz az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40 min manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6 min manat və ya 17,6 faiz çox, sair daxilolmaların isə 1 milyard 71 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə (861 milyon manat) müqayisədə 210 milyon manat və ya 24,4 faiz artım təşkil edəcəyi gözlənilir.
Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmaları (6 milyard 600 milyon manat), Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (14 milyard 481 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.
Dövlət büdcəsinin xərcləri
2025-ci il dövlət büdcəsinin xərcləri 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 702 milyon manat və ya 1,7 faiz azdır.
Ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizi həcmində və ya 24 milyard 346,7 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və ya 1,6 faiz az), əsaslı xərclərə ümumi xərclərin 34,3 faizi həcmində və ya 13 milyard 941,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,9 faizi həcmində və ya 2 milyard 399,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcəkdir. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisi 0,1 faiz-bənd azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz-bənd artması gözlənilir.
2025-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2 milyard 399,6 milyon manat məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1 milyard 441,6 milyon manat, daxili dövlət borcu üzrə isə 958 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdu
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
10 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
























