“Azertexnolayn”ın məhsulları dünyanın 25 ölkəsinə ixrac olunur – FOTOLAR, VİDEO
Azərbaycanın infrastruktur sənayesində lider olan “Azertexnolayn” media nümayəndələrini məhsulları və istehsalat prosesi ilə tanış edib.
Sentyabrın 2-də Sumqayıt Kimya Sənaye Parkının rezidenti və “Azmade Group” MMC-nin tərkibində fəaliyyət göstərən “Azertexnolayn” MMC-yə mediatur təşkil olunub.
Tədbir çərçivəsində media nümayəndələri Azərbaycanın aparıcı sənaye məhsulları istehsalçılarından biri “Azertexnolayn” MMC-nin fəaliyyətini əyani izləmək imkanına malik olublar.
Onlar texnoloji sənaye məhsullarının aparıcı yerli istehsalçısı olan “Azertexnolayn” MMC-nin istehsal etdiyi polietilen və çoxqatlı borular, su təchizatı və kanalizasiya sistemləri üçün məhsullar, eləcə də ağır sənaye infrastrukturu üçün komponentlərlə əyani şəkildə yaxından tanış olublar.
Media nümayəndələri şirkətin nəzdindəki Dəmir Boru Zavodu, Texniki Avadanlıqlar Zavodu və Polietilen Məmulatlarını Zavodunda olublar və orada iş prosesini izləyiblər.
İstehsal prosesini yaxından izləyən media subyektlərinin təmsilçilərinə MMC-nin fəaliyyəti haqqında məlumat verilib.
Burada jurnalistlər məhsulların keyfiyyəti, onların Avropa standartlarına uyğun istehsalı, eləcə də müasir standartlara cavab verən və ətraf mühitin mühafizəsinə uyğun texnologiya, avadanlıqlar və eksport potensialı haqqında ətraflı məlumatlandırılıb.
Qeyd edilib ki, “Azertexnolayn” MMC “Azmade Group”un İdarə Heyətinin sədri Emruz İsgəndərovun rəhbərliyi ilə Azərbaycanın sənaye sektorunda mühüm yeniliklərə imza atan şirkətlərdən biridir. Şirkət yarandığı gündən etibarən ölkəmizin sənaye infrastrukturunun inkişafında və mövcud potensialın daha da möhkəmləndirilməsində və müasirləşdirilməsində çox böyük rola malikdir.
Mediatur zamanı bildirilib ki, “Azertexnolayn”ın hər üç zavodunun sınaq laboratoriyaları mövcuddur. İstehsaldan öncə burada bütün xammal laboratoriyalarda sınaqdan keçirilir və onların istehsala uyğunluğu yoxlanılır. Həmçinin qeyd olunub ki, “Azertexnolayn”ın sınaq laboratoriyaları 120-dən artıq dövlət və özəl şirkət və təşkilatlarla da əməkdaşlıq edir.
Sonda sual-cavab sessiyası baş tutub və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
“Azertexnolayn” MMC-nin Kommersiya Departamentinin müdiri Ceyhun Quliyev deyib ki, şirkətin fəaliyyəti təkcə daxili bazar üçün yönəldilməyib. Onun sözlərinə görə, şirkət yarandığı gündən həm də ixracyönümlü siyasət yürütməyə başlayıb:
“Azertexnolayn” ilk gündən ixraca yönəlmiş məhsullar istehsal edən zavod qurmağa çalışıb. Bu da bizim başlıca məqsədimiz olub. Hesab edirik ki, fəaliyyətə başladığımız andan etibarən biz bu hədəfə nail olmuşuq. Çünki hazırda şirkətimizin məhsulları dünyanın 25-dən çox ölkəsinə ixrac olunur. Bunların arasında qonşu və Avropa ölkələrini nümunə göstərmək olar. Eləcə də ötən ildən etibarən bizim məhsullarımız ABŞ-a da ixrac olunmağa başlayıb. Bütün bunlar isə “Azertexnolayn” MMC-nin dünyada keyfiyyətli istehsalı və etibarlı şirkət adını qazanması ilə əlaqədardır”.
Müəssisənin illik istehsal gücünə gəlincə C.Quliyev qeyd edib ki, bu, Dəmir Boru və Polietilen Məmulatları Zavodlarında 100 min tondan artıq, Texniki Avadanlıqlar Zavodunda isə 12 min tondan artıqdır. Şirkət rəsmisinin sözlərinə görə, istehsal gücünün hər il artırılması qarşıya qoyulan əsas məqsədlərdəndir:
“Biz tələbata uyğun olaraq istehsal sahəsini bir qədər də genişləndirməyi hədəfləmişik. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb və hazırda yeni tikinti işləri aparılır. Bu isə istehsa gücünün artırılması deməkdir”.
C.Quliyev həmçinin söyləyib ki, “Azertexnolayn” MMC 13 ildir ölkəmizdə davamlı iş yerləri yaradaraq, məşğulluğun artırılmasına töhfə verməkdədir. O vurğulayıb ki, hazırda şirkətdə 1000-dən çox işçi çalışır. Onun sözlərinə görə, “Azertexnolayn” MMC həmçinin universiteti yenicə bitirmiş məzunların təcrübə keçməsi üçün yeni imkanlar yaradıb: “İndiyədək bu imkanlardan yararlanan xeyli sayda insanlar olub və 6 aylıq təcrübə müddətində onlara aylıq əməkhaqqı da təyin olunub. Eyni zamanda onlar da bu müddət ərzində şirkətin digər əməkdaşları üçün tətbiq olunan güzəştlərdən yararlanıblar. Bu güzəştlər arasında işçilərə nahar verilməsi, Bakıda yaşayan işçilərin xüsusi servislər vasitəsilə daşınmasını göstərmək olar”.
Tədbirin yekununda xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Azertexnolayn” 2012-ci ildən fəaliyyət göstərir və bu gün artıq Yaxın Şərq, MDB və Avropa bazarına məhsul ixrac edən bir sənaye lideridir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
6 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
6 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
7 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
7 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)













