Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI
Avtomobil və digər sənaye məhsullarının müqaviləli istehsalı üzrə ixtisaslaşan "Valmet Automotive", maliyyə və istehsalla bağlı problemlərə görə, 1075 nəfərədək işçisini ixtisar edə biləcəyini açıqlayıb. Avropa avtomobil sənayesindəki durğunluq şirkətin maliyyə göstəricilərinə mənfi təsir göstərib və Uusikaupunki zavodunda iş həcmini azaldıb. Şirkət, işçi sayını mövcud tələblərə daha uyğunlaşdırmaq, həmçinin gələcəkdə strategiyasını həyata keçirmək imkanlarını qorumaq üçün rentabellik və rəqabət qabiliyyətini artırmağı hədəfləyir."Mercedes-Benz Group AG" üçün müxtəlif Mercedes modellərini istehsal edən Finlandiyanın "Valmet Automotive Oyj" şirkəti, Avropa avtomobil istehsalçıları arasında yayılan zəifliyin son nümunəsi olaraq işçilərinin təxminən üçdə birini işdən çıxarmağı planlaşdırır.
Marja.az xəbər verir ki, Şirkət yaydığı açıqlamada, müqaviləli istehsalçının Uusikaupunki zavodunda ixtisarlar aparacağını, bəzi işçiləri müvəqqəti olaraq işdən azad edib, bəzilərini yenidən müxtəlif vəzifələrə yönləndirəcəyini bildirib. Bu qərar 1075 nəfərə qədər işçini əhatə edə bilər.
"Valmet Automotive"in sözçüsünə görə şirkət 2013-cü ildən bəri Mercedes-Benz A-Seriyası modelini istehsal edir. Bundan əlavə, müəssisə GLC yolsuzluq avtomobilini və Mercedes-AMG dörd qapılı GT Coupé modelini də istehsal edir.
Çin istehsalçılarının bazar payını artırması səbəbindən Avropa avtomobil istehsalçıları artıq istehsal gücü problemləri ilə üzləşiblər. Xüsusilə elektrikli avtomobil seqmentində zəif tələbat mənfi təsir göstərir.
Eyni günün əvvəlində Stellantis NV də İtaliya və Fransadakı zavodlarında tələbin azalması səbəbilə istehsalı müvəqqəti dayandıracağını açıqlayıb. Keçən həftə isə həm Porsche AG, həm də onun ana şirkəti Volkswagen AG ilin sonu üçün proqnozlarını aşağı salıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
1 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
1 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
1 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi











.webp)










