“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
1 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və İtaliya Respublikasının Prezidenti Serco Mattarella “ADA” Universitetində iki akademik binanın – “Politecnico di Milano” ilə əməkdaşlıqda yaradılmış Dizayn və Memarlıq Məktəbinin və Bolonya Universiteti ilə əməkdaşlıqda yaradılmış Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin açılışında iştirak etmişlər.
Bu tarixi mərhələnin bir hissəsi olaraq, Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan “PAŞA Real Estate” gələcək istedadları yetişdirmək və tələbələri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğurlu karyera yolları qurmaqda dəstəkləmək üçün “ADA” Universiteti ilə tərəfdaşlıq qurmuşdur.
Əməkdaşlığın əsas tərkib hissəsi “Dizayn və Yaradıcılıq Mərkəzi”nin açılışıdır. Bu məkan tələbələr üçün birgə işləməyə imkan verən bir mühit yaradacaq; burada onlar real layihələr, sənaye mütəxəssisləri və sahibkarlardan mentorluq və öz ixtisas sahələrində qabaqcıl təcrübələrə çıxış əldə edərək praktiki təcrübə toplaya biləcəklər. Mərkəz universitet təhsilini peşəkar dünya ilə əlaqələndirəcək, tələbələrə həm yaradıcı, həm də texniki bacarıqları inkişaf etdirməyə və eyni zamanda onları gələcək karyeralarına hazırlamağa kömək edəcək.
"PAŞA Real Estate" şirkətinin Baş İcraçı Direktoru (CEO) Özgür Geter bildirib ki, “Daşınmaz əmlak sektoru sürətlə inkişaf edir və bu, yerli kadrlara olan tələbatı artırır. Bu tərəfdaşlıq, beynəlxalq ən yaxşı təcrübələrə çıxış və mühüm layihələrin hazırlanmasında real həyat təcrübəsinin birləşdirilməsi ilə sahə üzrə mütəxəssislərin inkişafını təşviq edəcək”.
“ADA” Universitetinin akademik modeli ilə "PAŞA Real Estate"-in sənaye təcrübəsini birləşdirən bu təşəbbüs gələcək nəsli real dünya problemlərini həll etmək və Azərbaycanın dayanıqlı gələcəyini fəal şəkildə formalaşdırmaq üçün zəruri olan bacarıqlar, yaradıcılıq və vizyon ilə təmin edir.
“PAŞA Real Estate Qrup” haqqında
“PAŞA Real Estate Qrup” – “PAŞA Holding”in bir hissəsidir. “PAŞA Real Estate Qrup”, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmışdır. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan “PAŞA Real Estate Qrup”, sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 17 d. əvvəl
-
31 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Ən çox oxunanlar
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti

























