“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi
Azərbaycanın aparıcı dağ-mədən şirkəti “AzerGold” QSC daha bir gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib.
MAarja.az Şirkətə istinadən xəbər verir ki, yeni sikkə kolleksiyası füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri – səkkizguşəli ulduz və kənarlarındakı Laçın quşunun həndəsi formalı motivlərdir. Laçın quşu azad ruhun, əzəmətin, gücün və cəsarətin rəmzidir. Təsvir həm də Laçın şəhərinin adının mənşəyi ilə bağlı ən geniş yayılmış fərziyyələrdən birinə işarədir. Sikkənin haşiyəsindəki qədim naxış elementləri arasında diqqətli baxışla sezilən, məhsulun incə və zərif şəkildə həkk olunmuş adı - “Lachin” yazısı kompozisiyaya xüsusi məna qatır.
Qeyd edilib ki, “Laçın” kolleksiyası “AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5,10,20 qram çəkilərdə hazırlanıb. İstehlakçılar kolleksiyanı “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, eləcə də şirkətin onlayn satış platforması azergold.gift -dən sifariş edərək əldə edə bilərlər.
Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilərək, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim olunub. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. Qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
20 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
1 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
1 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib





















