Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Mənzillər Bakı, Sumqayıt, Lənkəran, Şirvan, YevlaxdadırAzərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi -Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan dərc edib.
Elanda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7 mənzilin, Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksi üzrə 10 mənzilin, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 10 mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 may küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin, ümumilikdə 627 mənzilin satışı 3 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 1, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 7, Sumqayıt Yaşayış Kompleksi üzrə 10, Lənkəran Yaşayış Kompleksi üzrə 10, Binəqədi Yaşayış Kompleksi üzrə 204, Şirvan Yaşayış Kompleksi üzrə 216, Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzil olmaqla, ümumilikdə 627 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, 2 saylı Sumqayıt Ərazi İdarəsi, 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 50 200 manat,
4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzilin qiyməti – 61 965 manat,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 48 120 manat,
2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,
3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 41 040 manat,
1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,
2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)













