Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
“Bizim çox böyük bir neft şirkətlərimiz var. Onlar Venesuelaya gedəcək, dağılmış neft obyektlərini bərpa edəcək və ölkəyə pul axınını başlayacaqlar”ABŞ Venesuela və onun lideri Prezident Nicolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirib, Maduro və həyat yoldaşı saxlanılaraq ölkə xaricinə çıxarılıb.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatla bağlı açıqlamalar verib.
Marja xəbər verir ki, Donald Tramp açıqlamasında aşağıdakı fikirlərə yer verib:
“Amerika ordusu havadan, qurudan və dənizdən əməliyyat həyata keçirdi. Bu, Amerika tarixində gördüyümüz ən böyük güc nümayişlərindən biri idi. Keçmişdə Qasım Süleymaniyə və Əl-Bağdadiyə qarşı əməliyyatlar aparılmışdı. İranda məhvetmə əməliyyatı həyata keçirilmişdi. Gecə yarısı əməliyyatı icra olundu. Dünyada heç bir ölkə Amerikanın bacardıqlarını bacarmazdı.”
“Hərbi potensialları zəiflədildi”
Venesuelanın hərbi potensialı zəiflədildi. ABŞ hüquq-mühafizə orqanları gecə yarısı, qaranlıqda Maduronu uğurla ələ keçirdi. Bizim mütəxəssislərimiz sayəsində həmin ərazi qaranlığa qərq edilmişdi. Maduro həyat yoldaşı ilə birlikdə saxlanıldı. Hər ikisi hazırda Amerika ədaləti qarşısına çıxarılacaq. Onlar ABŞ-yə qarşı ölümcül narkotik terrorizmi aparmaqda ittiham olunurlar. Kişi və qadınlarımızın həyata keçirdiyi bu fövqəladə əməliyyata görə təşəkkür edirəm. Beləsini heç vaxt görməmişdik. Keçmişimizdə utanc verən hadisələr də olub – Əfqanıstana baxanda, Cimmi Karter dövrünü xatırlayanda. İndi isə hörmət edilən bir ölkəyik.
“Heç bir ABŞ hərbçisi həlak olmadı”
Əslində onlar gözləyirdilər. Dənizdə gəmilər var idi. Tamamilə zərərsizləşdirildilər. Sürətlə sıradan çıxarıldılar. Mənim gördüklərimi görsəydiniz, çox təsirlənərdiniz. Görməyəcəksiniz demirəm. Heç bir Amerika hərbçisi ölmədi. Bu əməliyyata çox sayda insan və təyyarə cəlb olunmuşdu. Heç bir hərbi texnikamız itirilmədi. Heç bir hərbçimiz yaralanmadı. ABŞ Ordusu dünyanın ən güclü ordusu olduğunu açıq şəkildə göstərdi. Düşmənlərimiz artıq hansı texnologiyalara sahib olduğumuzu təsəvvür belə edə bilmirlər.
Gəmilərə baxdıqda, ABŞ-yə daxil olan narkotiklərin 97 faizi dəniz yolu ilə gəlir. Biz onları hədəf aldıq. Bu narkotiklər Venesuela kimi yerlərdən gəlir. Ölkəmizi təhlükəsiz, sakit və ədalətli keçid təmin olunana qədər işləməyə davam edəcəyik. Bu ölkədə təhlükəsiz, düzgün və ədalətə uyğun keçid baş verənədək dəstəyi davam etdirəcəyik. Biz Venesuelanın böyük xalqı üçün sülh, azadlıq və ədalət istəyirik. Artıq venesuelalılar vətənlərinə qayıtmaq istəyirlər. Venesuela xalqının rifahını düşünməyən birinin bu prosesi üzərinə götürməsinə icazə vermərik.
“Düzgün bir keçid istəyirik”
Düzgün keçidin baş verməsini istəyirik. Bu reallaşana qədər biz idarə edəcəyik. Doğru keçid olana qədər. Venesuelada uzun müddətdir mövcud olan vəziyyət var idi. Baş verə biləcək hadisələri belə təsəvvür etmirdilər. Bizim çox böyük neft şirkətlərimiz var. Onlar Venesuelaya gedəcək, dağılmış neft obyektlərini bərpa edəcək və ölkəyə pul axınını başlayacaqlar. Lazım gələrsə, ikinci böyük hücumu da həyata keçirərik. Böyük ehtimalla buna ehtiyac olmayacaq. Birinci dalğa son dərəcə uğurlu oldu. İkinci böyük dalğaya ehtiyac qalmayacaq.
Venesuelanın ABŞ ilə tərəfdaşlığı hamının qoşulmaq istədiyi bir tərəfdaşlıqdır. Görəcəyimiz işlər Venesuela xalqını müstəqil və təhlükəsiz edəcək. ABŞ-də yaşayan venesuelalılar çox xoşbəxtdirlər. Çox əziyyət çəkiblər. Diktator Maduro kütləvi cinayət şəbəkəsinin lideri idi. Narkotik ticarətini idarə edirdi. Bu ticarət ABŞ-yə qədər uzanırdı. Saysız-hesabsız amerikalının həyatına son qoyan narkotikləri ölkəmizə gətirirdi. Minlərlə insan həyatını itirdi. Maduro Amerika məhkəmələrində mühakimə olunacaq. Hazırda o, gəmilərdədir. Məhkəmənin harada keçiriləcəyi Miami ilə Florida arasında müəyyənləşdiriləcək. Məhkəmədə törətdiyi cinayətlərin sübutları təqdim olunacaq. Mən bunları artıq görmüşəm. Həm dəhşətli, həm də nəfəs kəsicidir.
“Maduro terror və çaşdırma kampaniyası aparıb”
Venesuelada Maduro ABŞ-yə qarşı saysız-hesabsız zorakılıq, terror və çaşdırma kampaniyaları aparıb. Narkotik qaçaqmalçılığı ilə yanaşı, öz ölkəsində və ABŞ daxilində humanitar fəlakətə səbəb olub. Maduronun vəhşi dəstələri, həbsxanalardakı qana susamış bandalar Amerika icmalarını terrora məruz qoyublar. Koloradoda bəzi yaşayış binalarını ələ keçirmişdilər. Artıq zalımlıq edə bilməyəcəklər. Ordumuza, Milli Qvardiyaya təşəkkür edirəm. Vaşinqton dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevrilib, hazırda orada cinayətkar qalmayıb. Uzun müddətdir orada ölüm hadisəsi baş verməyib. Restoranlar açıqdır, insanlar küçədə gəzirlər, uşaqlarını gəzdirməyə çıxarırlar.
Milli Qvardiyaya, ordumuza və hüquq-mühafizə orqanlarımıza təşəkkür edirəm. Həqiqətən möhtəşəm idilər. Luiziana qubernatoru mənə zəng etdi, yardım istədi. Çox yaxşı insandır. Luiziananın çox gözəl bir bölgəsi var idi, amma çətin vəziyyətdə idi. Cinayəti 1,5 həftə ərzində demək olar ki, sıfıra endirdik. Nyu-Orleanda da cinayəti sıfıra saldıq. Çikaqoda cinayət səviyyəsini azaltdıq. Orada qubernatorla işləmək imkanımız olmadı. Bələdiyyə sədri və qubernator fəlakət insanlar idi. Los-Ancelesi isə daha əvvəl xilas etmişdik. Polis rəisi dedi ki, “Federal hökumət gəlməsəydi, Los-Ancelesi itirərdik”. İnsanlar bizdən kömək istəyəndə zəng edirlər. Ya da biz özümüz gedirik. Vaşinqton cinayət bataqlığı idi, indi isə ən təhlükəsiz yerdir.
“Maduro Amerika neftlərini oğurladı”
Maduro onları xalqımızı terrora məruz qoymaq üçün göndərmişdi. Bundan sonra nə amerikalıları, nə də venesuelalıları təhdid edə biləcək. İnsanların həyatları terror təşkilatları tərəfindən məhv edilmişdi. Hyustonda baş verənləri eşitmisiniz. Qaçırıblar, hücum ediblər və öldürüblər. Cəsədi körpünün altına atıblar. Artıq o körpü əvvəlki körpü deyil. Maduro həbsxanaları boşaltdı. Ən təhlükəli "canavarları" Amerikaya göndərdi. Psixiatriya xəstəxanalarından, həbsxanalardan gəldilər. Narkotik qaçaqmalçıları və dəstə liderləri idi. Amma artıq gələ bilmirlər – elə bir sərhədimiz var ki, keçə bilmirlər.
Maduro Amerika neftlərini oğurladı, bu milyardlarla dollara başa gəldi. Onlar bizim idi. Biz tikmişdik. Heç bir prezident buna qarşı bir şey etmədi. ABŞ texnologiyası ilə Venesueladakı neft obyektlərini biz inşa etmişdik. Venesueladakı sosialistlər onları bizdən oğurladılar. Heç kim buna reaksiya vermədi.
“Resurslar onları qoruya bilənlərin nəzarətində olacaq”
Gələcəkdə ticarət və regional resurslar onları qoruya bilənlərin nəzarətində olacaq. Tariflər ölkəmizi zənginləşdirdi. Bunlar qlobal gücü müəyyən edən əsas dəyərlərdir. Sərhədlərimizi təhlükəsiz saxlayacağıq. Kartelləri əzib məhv edəcəyik. Vətəndaşlarımızı ölkə daxilində və xaricdə qoruyacağıq. Bu əməliyyat ABŞ-nin suverenliyini təhdid edən hər kəs üçün nümunə olmalıdır. Amerika donanması bütün təhdidlərə qarşı hazır vəziyyətdədir. ABŞ-nin tələbləri tam yerinə yetirilənədək orada qalacaq. Xalqına ədalətli davranmayanların aqibəti Maduro kimi olacaq. Amerika bu qorxunc insanın o dəhşətli əməlləri etməsinə icazə vermədi. Hamıya çox təşəkkür edirəm.
Suverenliyimizə hücum oldu, biz də ədalət naminə hücum etdik. Təşəkkür edirəm.
ABŞ Prezidenti açıqlamalarından sonra jurnalistlərin suallarını cavablandırıb.
Venesuelanı idarə edəcəklərinə dair açıqlamasının nə demək olduğu soruşulduqda Tramp belə deyib:
“Orada bir qrup olmasını istəyirik. Neft şirkətlərinin milyonlarla dollarlıq investisiyalarından söhbət gedir. Onların zərəri ödənilməlidir. Oranı düzgün şəkildə idarə edəcəyik. Bu dəstələrin oradan təmizlənməsinə diqqət edəcəyik. Əgər ərazidə əsgər olması lazımdırsa, bundan da çəkinmərik. Ölkənin düzgün idarə olunmasına nəzarət edəcəyik. Çox ədalətli idarə edəcəyik. Xalqa pul verəcəyik. Oradakı neft sektorunu onsuz da biz qurmuşuq. Keçmiş prezidentlər bunların oğurlanmasına səssiz qaldılar. Gecikdik, amma nəhayət etdik.”
Hazırda fərqli insanları təyin etdiklərini, bunu zamanla açıqlayacaqlarını bildirib. Maduro-nun müavininin lazım olanı etməyə hazır olduğunu söyləyib. Kolumbiyada kokain istehsal edən zavodlardan da danışıb.
Əməliyyatın detallarını açıqlayan Tramp bildirib:
“Maduro təhlükəsiz yerə qaçmağa çalışırdı. Qruplarımız çox sürətli hərəkət etdi. Çox atəş açıldı. Təhlükəsiz yerə girməyə çalışırdı. 47 saniyə ərzində o polad qapıları açdıq və onu yaxaladıq. Qapının arxasına keçdi, amma bağlaya bilmədi. Maduro yaxın gələcəkdə Nyu-Yorka gətiriləcək.”
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Cilia Flores barəsində irəli sürülən ittihamları açıqlayıb.
Nazirliyin rəsmi internet saytında yayımlanan sənəddə Maduro “illərdir korrupsiyalaşmış və qeyri-legitim hökuməti idarə etməkdə” ittiham olunur. Sənəddə, həmçinin onun dövlət hakimiyyətindən narkotik qaçaqmalçılığı başda olmaqla qanunsuz fəaliyyətlər üçün sui-istifadə etdiyi bildirilir.
İddialara görə, Maduroya aid edilən narkotik qaçaqmalçılığı fəaliyyəti Venesuelanın hərbi və siyasi elitasının zənginləşməsinə xidmət edib. Sənəddə əlavə olaraq qeyd olunur ki, “Maduro dünyadakı ən təhlükəli narkotik qaçaqçıları və narko-terrorçularla əməkdaşlıq edib.”
Maduro-nun ilk fotosu paylaşılıb
Donald Trump, Venesuela Prezidenti Nicolas Maduro-nun saxlanıldıqdan sonrakı vəziyyətinə dair ilk fotoşəkli ictimaiyyətlə paylaşıb. Məlumata görə, Maduro “USS Iwo Jima” adlı gəmidə saxlanılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 23 saat əvvəl
-
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
- 1 gün əvvəl
-
2 gün əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
3 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
3 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
4 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 4 gün əvvəl
-
4 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
4 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
























