"Finex Kredit": Azad Cavadov ilə əlaqəmiz yoxdur
"Finex Kredit" ASC, Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru Azad Cavadov ilə əlaqələrinə və onun bacısı oğlu İsgəndərin guya ASC-nin rəhbəri olduğuna dair mətbuatda yayımlanmış iddialara münasibət bildirib.
"Marja" xəbər verir ki, ASC-nin açıqlamasında deyilir:
"Son zamanlar bəzi mətbu orqanlarda "Finex (lizinq) BOKT" adında şirkət barədə xoşagəlməz məlumatlar dərc edilir. Bu şirkətin adının bizim şirkətin adı ilə oxşar olması və bizim şirkətə məxsus ofisin şəkili və loqosu göstərilərək sensasiya xarakterli informasiyanın yayılması bizi ciddi şəkildə narahat edir. Bununla bağlı qeyd etmək istəyirik ki, həmin məqalələrdə adları qeyd olunan şəxslərin "FinexKredit" BOKT-la heç bir əlaqəsi yoxdur və həmin şəxslər şirkətin nə idarəetmə orqanlarında, nə də səhmdarları sırasında təmsil olunmurlar. Şirkətin İdarə Heyəti aşağıda qeyd edilən kimidir:
İdarə Heyətinin sədri - Həmidov Fərid Rafiq oğlu
İdarə Heyəti sədrinin müavini - Qasımov Rəşad Şöhrət oğlu
İdarə Heyətinin üzvü - Vəliyev Elnur İlqar oğlu
Şirkət dəfələrlə bəyan etdiyi kimi öz fəaliyyətini müasir və şəffaf şəkildə AR qanunvericiliyinə uyğun qurmuşdur. Kapital strukturu və səhmdarlar barədə məlumatlar dəfələrlə açıqlanmışdır. Bəzi mətbuat orqanlarının bizə müraciət etmədən yoxlanılmamış məlumatları dərc etməsi şübhə doğurur və bu cür yazıların arxasında onların hansı maraqlarının gizləndiyi sual doğurur.
"Finex Kredit" BOKT olaraq bildiririk ki, mətbuat orqanları ilə daima sıx əməkdaşlıq edir və strateji baxışımızın mühüm hissəsi olaraq şirkətin fəaliyyəti haqqında KİV-nə hər cür məlumatı vermişik və bundan sonra da təqdim etməyə hazırıq.
Həmçinin onu da bəyan edirik ki, bu kimi məsələlər şirkətin imicinə birbaşa təsir etdiyindən gələcəkdə şirkətin fəaliyyəti haqqında qərəzli və yoxlanılmamış məlumatlar dərc edildikdə, təşkilatımızın işgüzar nüfuzunu qorumaq məqsədilə məsələnin hüquqi müstəvidə həll edilməsi istiqamətində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".
Qeyd edək ki, "Finex Kredit” BOKT 2013-cü ildə yaradılıb və “Finex Group”a daxildir. Qrupa daxil olan digər bir şirkət 2007-ci ilin may ayından fəaliyyət göstərən "Finance Leasing"dir. Vaxtilə bu şirkətin səhmlərinin 12,7%-i Azad Malik oğlu Cavadova məxsus olub. "Marja"nın şirkətdən əldə etdiyi məlumata görə, bir neçə ay öncə Azad Cavadov öz kiçik payını digər səmdarlara satıb. Hazırda o səhmdarlar sırasında təmsil olunmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
11 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
14 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
14 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
14 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















