Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Yarıkeçirici (çip) sənayesinin illik gəlir baxımından tarixdə ilk dəfə 1 trilyon dollara çatması gözlənilir. Bu nailiyyətdə süni intellekt və kompüter çiplərinin demək olar ki, bütün iqtisadi sahələrə yayılması mühüm rol oynayıb.
Marja xəbər verir ki, Yarıkeçirici Sənaye Birliyi (SIA) məlumatına görə, 2025-ci ildə ümumi satış 791,7 milyard dollar təşkil edib. Birlik, 2026-cı ildə satışın 26 faiz artmasının gözlənildiyini bildirib.
SIA-nın baş icraçı direktoru Con Nüffer (John Neuffer) bazarın 1 trilyon dollarlıq səviyyəyə gözləniləndən daha sürətlə çatdığını və bunun sənaye üçün müsbət göstərici olduğunu qeyd edib.
Nüffer bildirib: “Sektorumuz böyüdükcə, bu digər sənayelərə də əlavə fayda verir. Texnologiyamız demək olar ki, hər kritik strateji sənaye üçün əsas rol oynayır. Bu olduqca yaxşı bir baza işarəsidir.”
Yeni məlumat mərkəzi kompüterlərinə olan böyük tələbin, Nvidia, Micron Technology və digər çip istehsalçıları üçün böyük imkanlar yaratdığı vurğulanır. Bu inkişafın sənayenin böyümə proqnozlarını üstələməyə davam etməsinə imkan verdiyi qeyd olunur. Nüffer bildirib ki, əvvəllər proqnozçular 1 trilyon dollarlıq səviyyəyə çatmağın daha dörd il çəkəcəyini düşünürdülər.
Cihazların “beyni” adlandırılan məntiq çiplərinin satışı 2025-ci ildə 40 faiz artaraq 301,9 milyard dollara çatıb. Kompüterlərin yaddaş və məlumat idarəsi üçün istifadə etdiyi yaddaş çiplərinin satışı isə 2025-ci ildə 35 faiz artaraq 223,1 milyard dollar olub. Regional olaraq Asiya-Sakit Okean, Amerika, Avropa və Çin böyümə göstərsə də, yalnız Yaponiya geriləyib.
Nüffer çip bazarının xarakterik yüksəliş-eniş dövrlərini davam etdirəcəyini, lakin uzunmüddətli yüksəliş trendinin artıq qurulduğunu vurğulayıb.
ABŞ-ın son illərdə məhdudlaşdırıcı ixrac qadağaları tətbiq etməsi və ABŞ-Çin ticarət gərginliyi sektor üzərində təzyiq yaratmışdır. Lakin Nüfferin sözlərinə görə, vəziyyət indi yumşalır.
Nüffer bildirib ki, ABŞ çip sənayesinin uzunmüddətli inkişafı üçün tədqiqat və inkişaf sahəsinə daha çox dövlət dəstəyi və ölkənin xaricdəki istedadları cəlb etməyə davam edəcək miqrasiya islahatı lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
1 d. əvvəl
Sənan Hacıyev: Dövlət rüsumunun azaldılması ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək
-
3 d. əvvəl
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim! ®
-
53 d. əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Ən çox oxunanlar
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®

























