Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Rəşad İsmayılov bu təyinata qədər ekologiya və təbii sərvətlər nazirinin birinci müavini olub.
Məlumat üçün bildirək ki, eks-nazir Muxtar Babayev ötən il fevralın 5-də vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Həmin vəzifə bu günə qədər boş idi.
XXX
R.İsmayılov 2024-cü ilin avqustundan nazirlikdə nazirin birinci müavini vəzifəsini tuturdu. O həmin təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, Rəşad İsmayılov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
2000-2006-cı illərdə özəl şirkətlərdə hüquqşünas, 2006-cı ildə Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis vəzifəsində çalışıb.
Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələri tutub.
2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.
Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri postu ötən ilin fevralın 5-dən boş idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 20 saat sonra
-
1 saat əvvəl
Çin avtomobil sənayesində uzunmüddətli perspektivdə hansı şirkətlər qalib gələcək?
-
1 saat əvvəl
“SOCAR Green” və Çin nəhənglərinin Xəzərdəki enerji layihəsi müzakirə edilib
-
1 saat əvvəl
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
Noyabrın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
"İstehlak kreditlərinə tələb artıb"

























