Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Azərbaycanın "CMT Group" şirkətinin "KNARR" boyaları gəmiqayırma sənayesində, yerli və xarici ölkələrin tərsanələrində ən tanınan məhsullardan biridir. Bu boyalar Rusiya, Özbəkistan, Türkiyə və sair ölkələrə ixrac edilir. Belə ki, bir qədər əvvəl əldə edilmiş ən razılaşmaya görə, Türaiyənin bəzi gəmi şirkətləri öz gəmilərinin təmirində "KNARR" boyalarından istifadəyə başlayıblar.Son illər Azərbaycanda aparılan islahatlar yerli sənayenin inkişafına, yüksək keyfiyyətə malik yerli məhsul və brendlərin yaranmasına imkan verib.
Bəzi yerli məhsulları isə yüksək keyfiyyəti sayəsində xaricə ixrac olunmağa, dünya markaları ilə rəqabət aparmağa başlayıb.
Belə azsaylı brendlərdən biri Azərbaycanın "CMT Group" MMC şirkəti tərəfindən istehsal olunan "KNARR" dəniz və sənaye boyalarıdır.
Qeyd edək ki, Azərbaycanda 20 ildən artıq müddətdə fəaliyyət göstərən "CMT Group" MMC şirkəti dünyada mövcüd olan ən qabaqcıl texnologiyalar və xarici lisenziyalar əsasında gəmi sənaye boyalarının istehsalı ilə məşğuldur. Şirkətin məhsulları "KNARR" dəniz və sənaye boyaları və "Penguin" brendləri ilə istehsal və ixrac edilir.
Gəmi və sənaye boyaları - boya sektorunun ən çətin sahələrindən biridir. Bu sahədə yüksək keyfiyyətli məhsul buraxmaq üçün ciddi yatırım etmək kifayət deyil, texnoloji prosesləri bacarıqla idarə edən mühəndis–texnoloq qrupu və böyük təcrübə də tələb olunur.
Bu imkanlara malik olan "CMT Group" MMC şirkətinin ixracının təqribən 80%-i xüsusi təyinatlı məhsullar - sənaye, gəmi və avtomobil boyalarıdır.
Xüsusilə "KNARR" boyaları gəmiqayırma sənayesində, yerli və xarici ölkələrin tərsanələrində ən tanınan məhsullardan biridir. Bu boyalar Rusiya, Özbəkistan, Türkiyə və sair ölkələrə ixrac edilir. Belə ki, bir qədər əvvəl əldə edilmiş ən razılaşmaya görə, Türaiyənin bəzi gəmi şirkətləri öz gəmilərinin təmirində "KNARR" boyalarından istifadəyə başlayıblar.
Qeyd edək ki, "CMT Group" MMC-un istehsal olan "KNARR" və "Penguin" boyaları Niderlandın “Transocean” şirkəti tərəfindən 2019-cu ildən alınmış lisenziya əsasında tam beynəlxalq standartlar əsasında istehsal olunur.
Tanınmış dünya markası olan "Transocean" şirkətinin tərəfdaşı olmaq, onun lisenziyası ilə məhsul istehsal etmək olduqca çətin və məsuliyyətli prosesdir. Təsadüfi deyil ki, "CMT Group" şirkəti dünyada bu şirkətin istehsal lisenziyasını almış 22 şirkətdən biri, MDB məkanında isə belə lisenziyaya malik olan yeganə şirkətdir.
Boyalarıa nəzarət və keyfiyətin yüksək səviyyədə tutulması məqsədilə boya istehsalında istifadə olunan xammal da yalnız şirkətin nəzarəti ilə əldə edilir.
Qeyd edək ki, gəmi boyaları boya sənayesinin ən çətin sahəsi sayılır. Davamlı olaraq korroziya mühitində – okean və dənizlərin duzlu sularında hərəkət edən gəmilərin gövdəsi duzlu su, suyuq və isti hava, nəmişlik, daima maye ilə kontaktdan ciddi şəkildə qorunmalıdır. Belə vəziyyətdə gəminin korpusunu yalnız yüksək keyfiyyətli, lazımi texniki göstəricilərə malik olan və belə mühitə uyğunlaşdırılmış gəmi boyaları qoruya bilər.
"CMT Group" şirkətinin digər tərəfdaşı Böyük Britaniyanın dünyada tanınmış "Lloyd's Register EMEA" şirkətidir.
Belə ki, "CMT Group" şirkətinin gəmi boyalarının bir hissəsi – gəmi gövdələrində çirklənməyə qarşı boya, "Lloyd's Register EMEA"nın IMO AFS Konvensiyasına Uyğun olan sertifikatı əsasında istehsal olunur. Məlumat üçün bildirək ki, "Lloyd's Register EMEA"nın sertifikatı ilə buraxılan bu boyalar gəmilərin gövdəsinə müxtəlif canlıların, o cümlədən yosunların yapışmasına mane olaraq gəminin korpusunu qoruyur və hərəkətini sürətləndirir. "CMT Group" bütün MDB məkanında belə sertifikata malik olan yeganə şirkətdir.
Məhz bu tələblər və yüksək texnoloji imkanlar sayəsində "KNARR" dəniz və sənaye boyaları təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də keyfiyyəti ilə seçilir. Bu boyalar ölkə sərhədlərini aşaraq xarici bazarlara çıxıb və ən çətin sahə sayılan gəmi və sənaye boyaları sahəsində ciddi mövqe tutub. Hazırda "KNARR" dəniz və sənaye boyaları xaricdə strateji və hərbi gəmilərin istehalında və təmirində də geniş istifadə olunur.
Keyfiyyətinə görə, Rusiya, Türkiyə və ətraf ölkələrdə bu boyalara rəqib yoxdur. Hazırda «CMT Group»un istehsal etdiyi «KNARR» dəniz və sənaye boyaları dünyada tanınmış brendlərlə - "Jotun" (Norveç), "Hempel" (Danimarka), "International" və "Sherwin Williams" (Böyük Britaniya), "Carboline" və "Ppg" (ABŞ) boyaları ilə rəqabət aparır və keyfiyyətcə onlardan qətiyyən geri qalmır.
Xüsusilə gəmiçilik sənayesi inkişaf etmiş və bu sahədə böyük ənənələrə malik olan Rusiyada "GMT Group"un boyaları öz yüksək keyfiyyəti ilə Rusiya və Avropa boyalarını üstələyərək gəmi və tenker təmirində və istahasalında istifadə olunan əsas boyaya çevrilib.
Xüsusilə Rusiya bazarında artan tələbatı qarşılamaq üçün «CMT Group» şirkətinin Rusiyanın Həştərxan şəhərində də filialı fəaliyyət göstərir və bu ölkədən olan sifarişlər həmin filial tərəfindən təmin edilir.
Eyni zamanda "GMT Group"un məhsulları NATO üçün nəzərdə tutulan bəzi texnikaların istehsalında da istifadə edilib.
Xarici və yerli bazarlarda tələbatın böyük olması səbəbindən hazırda şirkətin istehsal etdiyi bütün məhsulların böyük hissəsi xaricə ixrac edilir.
Ümumilikdə «GMT Group»un istehsal etdiyi məhsulların yarıdan çoxu xaricə ixrac edilir. Şirkət gəmi sənayesində istifadə olunan bütün boyaları istehal edir. Gəmilərdən başqa «CMT Group»un boyaları metal konstruksiyaların hazırlanmasında, zavodların tikintisində, o cümlədən dənizdəki estakadalarda istifadə olunur.
Təsadüfi deyil ki, hazırda Azərbaycanın bu sahədə fəaliyyət göstərən əsas qurumları – Dövlət Neft Şirkəti (SOCAR), Xəzər Dəniz Gəmiçiliyi (ASCO) və «Bakı Gəmiqayırma Zavodu» tərəfindən gəmilərin istehsalı və təmiri prosesində, ən məsuliyyətli və dövlət üçün strateji layihələrdə mütəmadi olaraq “CMT Group” şirkətinin dəniz və sənaye boyalarından istifadə edilir.
Bir qədər əvvəl isə “CMT Group” şirkəti ilk dəfə olaraq dünyanın ən böyük energetika şirkətlərindən olan "bp"nin tərəfdaş (vendor) siyahısına daxil edilib.
Xatırladaq ki, “CMT Group” MMC şirkəti Azərbaycanda dünya səviyyəli texnoloji məhsul istehsalını həyata keçirən və xaricə sənaye məhsulu ixrac edən azsaylı texnoloji müəssisələrdən biridir. Şirkət hazırda Azərbaycanda yüksək keyfiyyətli KNARR markası altında dəniz və sənaye boyaları, “Penguin” markası altında inşaat və dekorativ boyaları, eləcə də “Epo” markası altında kimyəvi və beton qatqılarının istehsalını həyata keçirir.
Qeyd edək ki, “CMT Group” şirkətinin boya zavodunun fəaliyyəti müəssisənin yerləşdiyi Abşeron rayonunun Aşağı Güzdək kəndi və Müşfiqabad qəsəbələrində sosial-iqtisadi vəziyyətə də töhfə verir. Hazırda müəssisədə 150 işçi çalışır ki, onların da əksəriyyəti yerli kənd və qəsəbənin sakinləridir.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 57 d. əvvəl
-
2 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
3 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
3 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
5 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Ən çox oxunanlar
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"







.jpg)






.jpg)




