Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və Dollarının zəifləməsi fonunda qızılın qiyməti yüksəlib
Yaxın Şərqdə münaqişənin genişlənməsi fonunda investorların təhlükəsiz liman aktivlərinə yönəlməsi və dolların zəifləməsi ilə qızılın qiyməti yenidən yüksəlib.
Marja.az xəbər verir ki, qızılın unsiyasının qiyməti 0,8% artaraq 5177,26 dollara çatıb. ABŞ-da aprel ayı üzrə qızıl fyuçers kontraktları isə 1% artaraq 5186,40 dollardan ticarət olunub.
ABŞ dolları həftənin əvvəlində gördüyü üç aydan artıq müddətin ən yüksək səviyyəsindən geri çəkilib və bu vəziyyət dollarla qiymətləndirilən qızılı digər valyutalara sahib investorlar üçün daha ucuz edib.
ABŞ-a məxsus bir sualtı qayığın Sri Lanka sahillərində İranın bir hərbi gəmisini batırması və ən azı 80 nəfərin həlak olması, həmçinin NATO hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə doğru buraxılan İran ballistik raketini məhv etməsindən sonra ABŞ–İran müharibəsi çərşənbə günü ciddi şəkildə "alovlanıb".
Bu böhran uzunmüddətli perspektivdə qızıl qiymətlərini dəstəkləyəcək.
Ənənəvi olaraq təhlükəsiz liman kimi qəbul edilən qızıl artan qlobal siyasi və iqtisadi qeyri-müəyyənlik fonunda bu il indiyədək təxminən 20% yüksələrək ard-arda rekord səviyyələrə çatıb.
CME Group-un FedWatch Tool alətinə görə bazarlar FED-in 18 martda faiz dərəcələrini sabit saxlayacağını gözləyir. İnvestorlar günün sonrakı saatlarında açıqlanacaq həftəlik ABŞ işsizlik müavinətləri üçün müraciətlər statistikasını və cümə günü dərc ediləcək fevral ayı üzrə ABŞ məşğulluq hesabatını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
37 d. əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Ən çox oxunanlar
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®


























