Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq
Filippin Mərkəzi Bankının (Bangko Sentral ng Pilipinas - BSP) sədri Eli Remolona bildirib ki, neftin qiymətinin bir barel üçün 100 dollara çatması pul siyasətinin yenidən sərtləşdirilməsini tələb edə bilər.
Marja xəbər verir ki, Fevral ayında uçot dərəcəsini aşağı salan BSP hazırda artan neft qiymətləri və güclənən ABŞ dolları səbəbindən yeni risklərlə üzləşir. Remolona qeyd edib ki, Yaxın Şərqdə münaqişə başlayandan bəri neft qiymətlərindəki 10%-lik artım idarəolunandır, lakin 50%-lik artım daha ciddi müdaxilə tələb edə bilər.
O, Bloomberg Television-a açıqlamasında deyib:
“Neftin qiyməti 1 barel üçün 100 dollar səviyyəsinə çatsa, inflyasiya 4% olan hədəfimizi aşmağa başlaya bilər, çünki bu vəziyyət digər xammal qiymətlərini də artıracaq.”
İnflyasiya və iqtisadi artım
Filippində fevral ayında inflyasiya 2,4% təşkil edib. Yaxın Şərqdəki münaqişənin inflyasiyanı daha da artırması ehtimalı var.
Remolona bildirib ki, mərkəzi bankın iqtisadi artımı dəstəkləmək üçün manevr imkanları məhduddur. Ölkədə iqtisadi artım dördüncü rübdə 3% olub ki, bu da Filippin iqtisadiyyatının 5,5–6% potensialından xeyli aşağıdır.
İdxaldan asılı iqtisadiyyat
Filippin yanacaq və ərzaq idxalından yüksək dərəcədə asılıdır. İqtisadçılar hesab edirlər ki, münaqişənin yaratdığı inflyasiya və iqtisadi yavaşlama riskləri ölkəni daha da həssas vəziyyətə sala bilər. Buna baxmayaraq, Remolona ölkənin bank sektoruna güvəndiyini bildirib və bank sistemini “çox güclü, yüksək likvidlik və kapital ehtiyatlarına malik” kimi qiymətləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
35 d. əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Ən çox oxunanlar
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®























