262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!
Azərbaycanda ilk dəfə Cəlilabad rayonunda noxud bitkisi üzrə sığorta ödənişi edilibAzərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı və həyata keçirilən sığorta ödənişləri artmaqdadır.
Aqrar Sığorta Fondu Cəlilabad rayonunda ilk dəfə olaraq noxud əkini sahəsi üzrə sığorta ödənişi edib.
Sığorta ödənişi «Tale-94» Müstəqil Kiçik Müəssisəsinin Cəlilabad rayonunu Gülməmmədli kəndindəki noxud əkini sahələri üzrə həyata keçirib. Vəhşi heyvanların – çöl donuzlarının hücumu nəticəsində ümumi ərazisi 17 hektar olan əkin sahəsinin bir hissəsinə zərər dəyib.
Fermerin Aqrar Sığorta Fonduna müraciəti əsasında əraziyə baxış üçün müstəqil aqrar sığorta eksperti təyin edilib, ekspert tərəfindən hadisə araşdırılıb, dəymiş zərər hesablanıb.
Aparılan hesablama nəticəsində fermerə dəyişmi zərərə görə 8801 manat məbləğində ödəniş həyata keçirilib. Qeyd edək ki, noxud əkini sahəsini könüllü sığotalayan fermer bunun üçün 262 manat sığorta haqqı ödəmişdi.
Fermerə sığorta ödənişi barədə simvolik çek Cəlilabad rayonunda keçirilən Aqrar İnnovasiya Festivalı çərçivəsində Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Aqrar Sığorta Fondunun Cəlilabad filialının rəhbəri Rafət Əsgərov tərəfindən təqdim edilib.
Təsərrüfatın rəhbəri, «Tale-94» Müstəqil Kiçik Müəssisəsinin direktoru Dayandur Əliyev təsərrüfatına dəymiş zərərin qarşılanmasında aqrar sığorta mexanizminin fəaliyyətindən olduqca razı qaldığını bildirib: «Noxud əkinləri rayonumuzda geniş yayılıb və bizim təsərrüfatımız da bitkinən əkini ilə məşğuldur. Əkin sahəsini çoxsaylı risklərdən, xüsusilə də rayonumuzda çox yayılmış vəhşi heyvanların hücumundan qorumaq üçün ötən il Aqrar Sığorta Fondunda sığortalamışdıq və bu məqsədlə 262 manat sığorta haqqı ödəmişdik. Aqrar sığorta sisteminin işindən və bizə ödənilən sığorta ödənişindən çox razıyıq».
Aqrar Sığorta Fondunun Cəlilabad ragional filialının rəhbəri Rafət Əsgərov bildirib ki, Cəlilabad rayonunda iqlim nisbətən sakit, təbiət hadisələri isə az olsa da, dolu, fırtına, sel-subasma, eyni zamanda vəhşi heyvanların hücumu kiim hallar mütəmadi baş verir.
Filial rəhbəri bildirib ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən Cəlilabadda 130 min manata yaxın ödəniş həyata keçirilib. Sığorta ödənişləri arpa, buğda və noxud sahələrinə, dolu, fırtına, sel-subasma, bitki xəstəlikləri və ziyanvericilər, vəhşi heyvanların hücumu hadisələri üzrə edilib.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə ümumilikdə 41 bitki və bitki məhsullarını sığortalamaq mümkündür. Fermerlərə dəstək məqsədilə sığorta haqının yarısını dövlət ödəyir. Nəticədə aqrar sığorta fermerlər üçün olduqca əlçatandır. Belə ki, Cəlilabad rayonunda 1000 manatlıq buğda məhsulunun sığortası fermerə 6,65 manata, arpa məhsulu 8,35 manat, kartof məhsulu 6,4 manata başa gəlir. 1000 manatlıq günəbaxanı sığorta etmək üçün cəmi 7 manat, üzümün sığortası 10 manat, çiyələyin sığortası üçün isə 14,7 manat ödəniş tələb olunur.
Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara indiyədək 23 milyon manat sığorta ödənişi edilib. Təkcə 2025-ci ildə Aqrar Sığorta Fondu 54 rayonda sığorta ödənişləri həyata keçirib.
Aqrar Sığorta Fondu baş verə biləcək hadisələr və zərərlərdən qorunmaq üçün fermerləri öz əkin sahələrini vaxtında sığortalamağa çağırır.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür












.jpg)











