Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
Bu gün qlobal bzarlarda qızılın unsiyasının qiyməti 5000 dollardan da aşağı düşüb.
Marja.az xəbər verir ki, bunun səbəbləri bu gün ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini dəyiməyəcəyi barədə proqnoz və inflyasiya ilə bağlı daha qeyri-müəyyən vəziyyətdir.
Əvvəlcə qzılın qiyməti yuxarı qalxsa da, sonra bazarlar ABŞ-İsrail müharibəsinin inflyasiya təsirləri ilə bağlı narahat olmağa başlayıb.
Bakı vaxtı ilə saat 16:00-da qızıl 1,55% ucuzlaşma ilə 4927,98 dollara ticarət olunub.
Digər qiymətli metallar da ucuzlaşıb.
İran müharibəsi qızışdıqca qızıla tələbat məhdudlaşır
Yaxın Şərqdə pisləşən münaqişə qızılın qiymətinin artmasına səbəb olmadı. ABŞ və İsrailin İrana hücumlarını davam etdirməsinə və İslam Respublikasından cavab hücumları dalğasına səbəb olmasına baxmayaraq, qızıl 5000 dollar/unsiyadan çox yuxarı qalmaqda çətinlik çəkib.
Bu həftənin əvvəlində İsrailin hava hücumu nəticəsində İranın təhlükəsizlik rəisi Əli Laricaninin öldürülməsindən sonra müharibənin səngimə əlamətləri azalıb. Təchizat kəsintiləri ilə bağlı davam edən narahatlıqlar fonunda neft qiymətləri barel üçün 100 dollardan yuxarı olaraq qalır.
Bazarlar, xüsusən də əsas gəmiçilik yolu olan Hörmüz boğazından tədarükün kəsilməsindən sonra neft qiymətlərinin təxminən dörd illik maksimuma çatması səbəbindən münaqişənin inflyasiyanı artıracağından narahatdırlar.
Avstraliya Ehtiyat Bankının çərşənbə axşamı faiz dərəcələrini artırması və münaqişədən qaynaqlanan inflyasiya təzyiqləri barədə xəbərdarlıq etməsi ilə əsas mərkəzi bankların daha sərt mövqeyinə səbəb ola bilər.
Bu gün FED faiz dərəcələri ilə bağlı qərar verəcək, ardınca isə bu həftənin sonlarında Yaponiya Mərkəzi Bankı, Avropa Mərkəzi Bankı, İsveçrə Milli Bankı və İngiltərə Mərkəzi Bankı da faiz qərarlarını açıqlaycaqlar.
FED-in faiz dərəcələrini dəyişməz saxlayacağı və diqqətinin İran münaqişəsinin inflyasiya artımı olub-olmayacağına və bunun faiz dərəcələri proqnozuna təsir edib-etməyəcəyinə yönələcəyi gözlənilir.
CME Fedwatch-ın göstərdiyi kimi, bazarlar ən azı sentyabr ayına qədər FED tərəfindən faiz dərəcələrinin endirilməsini gözləmirlər. Adətən yüksək faizlər qızılın cəlbediciliyini azaldır.
Faiz dərəcələrinin daha uzun müddət yüksək qalması ehtimalı, faiz gəliri olmayan aktivlərə investisiya qoyuluşunun alternativ dəyərini artırdığı üçün, qızıl üçün pis bir vəziyyətdir.
Qızıl illik bahalaşmasının bir hissəsini qoruyub saxlasa da, yanvar ayının sonlarında çatdığı rekord həddədən (5600 dollar/unsiyadan) kəskin şəkildə aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
45 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)








