Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABB-eSİM xidməti istifadəyə verildi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-eSİM xidməti istifadəyə verildi!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir.

Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahət sığortası xidmətini, visa müraciətlərinə dəstək, o cümlədən hesabdan çıxarış və arayışların alınmasını, səyahətlərdən millər qazandıran ABB AZAL Miles kartlarından istifadəni hər kəsə əlçatan edib.

İndi isə ABB-dən səyahətsevərlər üçün daha bir mühüm xəbər var. Bank ABB-eSIM xidmətini mobile tətbiqində istifadəyə verib. Bununla xaricə səfərlər zamanı internetə çıxış problemi daha keçmişdə qalır. ABB mobile tətbiqinin hər bir istifadəçisi ölkə xaricində olarkən tətbiqdə özünə uyğun ABB-eSIM paketini seçib, rahatlıqla internet şəbəkəsinə qoşulur.

ABB-eSIM istifadəçilərə fiziki SIM karta ehtiyac olmadan xidmətlərdən yararlanmaq, müxtəlif ölkələrdə etibarlı internet bağlantısına qoşulmaq, alış və ödənişləri birbaşa tətbiq üzərindən həyata keçirmək, eləcə də seçilmiş paketləri rahatlıqla idarə etmək və izləmək imkanı verir.

Qeyd edək ki, eSIM (embedded SIM) - fiziki SIM kartı əvəz edən virtual SIM kartdır. O, mobil cihazın daxili yaddaşına yüklənir və aktivləşdirildikdən sonra mobil operatorun şəbəkəsindən istifadə etmək olur.

eSIM-in səyahətçilər üçün bir çox üstünlükləri var. İlk növbədə, fiziki SIM kartı dəyişdirməyə ehtiyac qalmır. eSIM-lə müxtəlif ölkələrdə fərqli mobil operatorların şəbəkələrinə qoşulmaq olur. Roaminq xidmətlərindən fərqli olaraq eSIM paketlərində daha sərfəli tariflər seçmək mümkündür.

ABB mobile tətbiqi vasitəsilə istifadəçilər ABB-eSIM xidmətini də fiziki kartı dəyişmədən birbaşa tətbiq üzərindən əldə edərək dərhal aktivləşdirə və xaricdə fasiləsiz internet bağlantısından yararlana bilərlər. eSIM-i aktivləşdirmək çox sadə və rahatdır. QR kodu skan etməklə eSIM-i sürətli şəkildə aktivləşdirmək olur.

ABB-eSİM xidmətinin üstünlüklərindən biri də odur ki, ABB mobile vasitəsilə eSIM əldə edilərkən 18% əlavə dəyər vergisi tətbiq olunmur. Bu da istifadəçilər üçün xərclərə əlavə qənaət imkanı deməkdir.

Səyahətlər üçün xidmətlərin bir platformada toplanmasını ABB yeni layihələrlə davam etdirəcək. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ABB eSIM xidməti ABB mobile tətbiqi səyahət üçün internet həlləri virtual SIM kart eSIM xaricdə internet bağlantısı roaming alternativi eSIM paketləri ABB AZAL Miles kartı səyahət sığortası ABB visa müraciət dəstəyi mobil bankçılıq xidmətləri Azərbaycan eSIM aktivləşdirmə QR kod səyahətsevərlər üçün bank xidmətləri əlavə dəyər vergisi 18% tətbiq olunmur beynəlxalq internet paketləri mobil tətbiq üzərindən xidmətlər rəqəmsal bankçılıq yenilikləri ABB səyahət platforması sərfəli internet tarifləri xaricdə innovativ bank məhsulları Azərbaycan
19.03.2026 15:40

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18