"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) enerji qiymətlərində orta səviyyəli və ya uzunmüddətli şok baş verəcəyi halda faiz dərəcələrinin artırılmasına daha meyilli siyasət yürüdə bilər.
Marja xəbər verir ki, bu barədə Bank of America-nın investisiya bölməsi olan BofA Securities-in analitikləri bildiriblər.
Analitiklərin hazırladığı qeyddə qeyd olunur ki, fevralın sonunda İranda müharibə başlayandan sonra yüksələn neft qiymətləri hazırda ABŞ mərkəzi bankı üçün “şahin” siyasət diapazonuna daxil olub.
Yaxın Şərqdəki döyüşlərin həll olunacağına dair ümidlər fonunda ABŞ-ın əsas neft markası olan West Texas Intermediate xam neftinin qiyməti çərşənbə günü 4,1% azalaraq bir barel üçün 88,57 dollara düşmüşdü. Qlobal etalon hesab edilən Brent xam neftinin may fyuçersləri isə 4,1% ucuzlaşaraq 100,23 dollar səviyyəsinə geriləmişdi. Bu gün isə neft qiymətləri yenidən 2%-dən çox artıb, Brent neftinin qiyməti 105 dollara yaxınlaşıb.
BofA-nın məlumatına görə, WTI neftinin bu il orta qiyməti bir barel üçün 80–100 dollar aralığında olarsa, FED tərəfindən faiz artımı ehtimalı “ən real ssenari” hesab edilə bilər. Halbuki İran münaqişəsi başlamazdan əvvəl WTI neftinin qiyməti təxminən 65 dollar civarında idi.
Enerji qiymətlərində artımın əsas səbəblərindən biri İranın cənubunda yerləşən və dünya neft tədarükünün təxminən beşdə birinin daşındığı strateji su yolu olan Hörmüz boğazının faktiki bağlanmasıdır. Bu vəziyyət dünya üzrə inflyasiya təzyiqlərinin güclənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
ABŞ-da artıq yanacaqdoldurma məntəqələrində benzin qiymətləri yüksəlməyə başlayıb və bu, yaxın aylarda ümumi qiymət artımına da təsir göstərə bilər.
S&P Global tərəfindən biznes aktivliyi üzrə aparılan son sorğu da göstərib ki, ABŞ-da getdikcə daha çox şirkət istehsal xərclərinin artması ilə üzləşir.
BofA analitiklərinin fikrincə, neft şokunun orta səviyyədə, lakin davamlı olduğu ssenaridə FED inflyasiya risklərinin artması səbəbindən daha sərt – “şahin” mövqeyə keçə bilər.
Analitiklər qeyd ediblər:
“Faiz artımı bizim əsas ssenarimiz deyil, lakin nəzərə alınmalı risk olaraq qalır.”
Bununla belə, FED üçün mümkün nəticələrin geniş diapazonu olduğu vurğulanır. Əgər neft şoku müvəqqəti və kəskin olarsa, ilkin inflyasiya artımı sonradan istehlakçıların xərcləri azaltması nəticəsində zəifləyə bilər. Belə bir halda fond bazarında mümkün satış dalğasının yaratdığı mənfi effekt məşğulluq üçün riskləri də artıra bilər. Analitiklərin fikrincə, bu ssenaridə FED daha “göyərçin” (yumşaq) siyasətə üstünlük verə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
45 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
51 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























