Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
ABŞ Prezidenti Donald Tramp, İran tərəfindən döyüş təyyarələrinin vurulmasının Tehran rəhbərliyi ilə mümkün danışıqlara təsir etməyəcəyini bildirib.
Marja xəbər verir ki, Tramp NBC televiziyasına telefonla qoşularaq verdiyi açıqlamada, ABŞ döyüş təyyarələrinin İran tərəfindən vurulmasından sonra aparılan axtarış-xilasetmə işləri ilə bağlı təfərrüatları paylaşmaqdan imtina edib.
İrana qarşı hücumları “intensiv və dəqiq hərbi əməliyyat” kimi xarakterizə edən Tramp, hadisənin bəzi media qurumlarında işıqlandırılma formasından məyus olduğunu ifadə edib.
Tramp vurğulayıb ki, İran tərəfindən döyüş təyyarələrinin vurulması Tehran rəhbərliyi ilə mümkün danışıqlara təsir etməyəcək və bildirib: “Xeyr, heç təsir etməyəcək. Xeyr, bu müharibədir. Biz müharibə vəziyyətindəyik.”
Nə baş vermişdir?
İran İnqilab Keşikçiləri Korpusu səhər saatlarında ölkənin mərkəzi bölgələrində bir döyüş təyyarəsini hava hücumundan müdafiə sistemləri ilə vuraraq düşürdüyünü açıqlamışdı.
İran mətbuatı ABŞ-a məxsus döyüş təyyarəsinin pilotunun tutularaq əsir götürülmüş ola biləcəyi barədə xəbər yaymışdı.
ABŞ mətbuatına danışan rəsmilər isə təyyarənin düşdüyünü təsdiqləyərək ekipaj üzvlərindən birinin xilas edildiyini, ikinci şəxs üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildirmişdi.
Daha sonra "The New York Times" F-15 döyüş təyyarəsi ilə demək olar ki, eyni vaxtda Hürmüz Boğazı yaxınlığında ikinci bir ABŞ döyüş təyyarəsinin də düşürüldüyünü yazmışdı.
Bundan sonra isə Amerikanın NBC televiziyası İranda vurulan F-15 döyüş təyyarəsi üçün aparılan axtarış-xilasetmə əməliyyatlarında iştirak edən 2 ABŞ helikopterinin də vurulduğunu, ekipajın sağ olaraq xilas edildiyini xəbər vermişdi.
NBC televiziyasının ABŞ-dan olan iki mənbəyə istinad etdiyi xəbərə görə, çərşənbə günü İranda vurulan ABŞ-a məxsus F-15 təyyarəsi üçün aparılan axtarış-xilasetmə əməliyyatlarında iştirak edən 2 ABŞ helikopteri hədəfə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 2 d. əvvəl
-
19 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 37 d. əvvəl
-
51 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®

























