AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
(®) AFB Bank müştərilərinə maliyyə hədəflərinə daha sistemli və effektiv şəkildə çatmaq imkanı yaradan yeni məhsulunu – “Həyat yığım hesabı”nı təqdim edir. Bu məhsul müştərilərə 100 AZN-dən başlayaraq, 36 ay müddətində planlı şəkildə yığım etməyə və hər ay mədaxil etdilən vəsaiti 18% gəlirlə dəyərləndirməyə imkan yaradır.
“Həyat yığım hesabı” çərçivəsində müştərilər hər ay etdikləri mədaxillər üzrə sabit və cəlbedici gəlir əldə edirlər. Belə ki, 36 aylıq yığım müddəti ərzində hər bir aylıq mədaxilin üzərinə AFB Bank tərəfindən birdəfəlik olaraq 18% həcmində gəlir hesablanır. Bu yanaşma müştərilərə həm intizamlı yığım vərdişi qazandırır, həm də vəsaitlərinin daha sürətli artmasına şərait yaradır.
Məhsulun əsas üstünlüklərindən biri də müştərilərə təqdim olunan rahat və çevik şərtlərdir. Müştərilər aylıq mədaxillərin həyata keçiriləcəyi tarix intervalını özlərinə uyğun şəkildə seçə bilirlər. Bunun üçün üç fərqli seçim mövcuddur: hər ayın 1–10-u, 11–20-si və ya 21-dən ayın sonunadək olan dövr. Seçilmiş tarix intervalı müqavilə müddəti ərzində sabit qalır və müştəriyə planlaşdırma rahatlığı təmin edir.
AFB Bank müştərilərinə əlavə üstünlüklər də təqdim edir. Müddətin sonunda hesablanmış faiz məbləğinin köçürülməsi üçün müştərilərə 48 ay müddətinə çoxsaylı üstünlüklərə malik Mono Platinum ödəniş kartı hədiyyə olunur.
Qeyd edək ki, müştərilər ilk 18 ay ərzində aylıq mədaxil məbləğini minimum ilkin mədaxil həcmində etməlidirlər. İlk 18 ay ərzində müştərilərə mədaxil məbləğini artırmaq imkanı verilir və bu artım üçün heç bir maksimal limit müəyyən olunmur. Bu müddət ərzində gəlir aylıq mədaxil edilən məbləğ əsasında hesablanır.
Müddətin 19–36-cı ayları ərzində isə gəlir hesablanması maksimal ilk ayın mədaxil məbləği həcmində həyata keçirilir.
AFB Bank daim müştərilərinin maliyyə rifahını artırmağa yönəlmiş innovativ və faydalı həllər təqdim etməyə davam edir. “Həyat yığım hesabı” da bu istiqamətdə atılan növbəti addım olaraq, hər kəsə daha güvənli və planlı maliyyə gələcəyi qurmaq imkanı yaradır.
Ətraflı məlumat üçün AFB Bankın filiallarına yaxınlaşa və ya rəsmi kanallarımız vasitəsilə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)










