Azərbaycanın Neft Fondu kiçilib - investisiya gəlirləri üzrə 741,1 milyon manatlıq azalma
ARDNF-nin 2026-cı ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb. 2026-cı ilin birinci rübü üzrə: ARDNF-nin aktivləri 73,5 milyard ABŞ dolları (125 milyard manat) təş, ümumi gəlirləri 3,2 milyard manat, xərcləri isə 3,2 milyard manat, neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 1,8 milyard manat otəşkil etmişdir. Dövlət büdcəsinə ARDNF tərəfindən 3,2 milyard manat köçürülmüşdür.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2026-cı ilin 1-ci rübündə Fondun aktivləri 25,6 milyon dollar azalaraq 2026-cı il mart ayının 31-nə 73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyon manat) təşkil edib. 2026-cı ilin əvvəlində Fondun aktivləri 73 milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat),
2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 milyard 180 milyon manat, neft-qaz gəlirləri 1 milyard 803,1 milyon manat olmuşdur.
Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 milyard 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat olmuşdur. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınmışdır. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyard 223,5 milyon manat təşkil etmişdir.
Neft-qaz gəlirləri:
ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olmuşdur, o cümlədən:
mənfəət neftinin və qazın satışından 1 milyard 802,7 milyon manat,
bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 1 milyard 400,5 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Büdcə xərcləri:
Büdcəyə transfert. Hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
Layihə xərcləri. 2026-cı ilin yanvar-mart aylarında aşağıdakı icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilmişdir, o cümlədən:
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat,
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 5,9 milyon manat.
İdarəetmə xərcləri.Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil etmişdir.
Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri
ARDNF qeyd edib ki, 2026-cı ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaratmışdır. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə vermişdir. Həmçinin, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərmişdir.
Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərmiş, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlmişdir ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir etmişdir. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qorumuşdur.
Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərmiş, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləmişdir.
Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
5 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 7 saat əvvəl
-
7 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























