970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı

4 trilyon kubfut qaz ehtiyatı
AzVak-mobil_resmin_ustu_31
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – “SOCAR”, “MOL”, “INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh” – adından bu gün elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb.

Marja xəbər verir ki, bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

Reklam_3_11

Mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli:

"Bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür. AÇG-nin uzun və uğurlu bir tarixi var. Artıq 30 ilə yaxın neft hasil edən bu yataq indi də yeni səhifə açmaqla ölkə və öz investorları üçün dəyər gətirmək potensialını hələ də saxlayır. “Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək".

AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdir.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. 

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

Qeyd edək ki, AÇG yatağının STQ ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatına imkan verən AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında sazişə (HPBS) əlavə 20 sentyabr 2024-cü il tarixində elan edilib.

STQ layları hazırda hasilatda olan neft laylarının altında və üstündə yerləşən çoxsaylı geoloji formasiyalardan ibarətdir ki, bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdi.

HPBS-yə əlavə sənədi 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 23 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsindəki iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: “bp” – operator (30,37%), “SOCAR” (35,3%), “MOL” (9,57%), “INPEX” (9,31%), “ExxonMobil” (6,79%), “TPAO” (5,73%), “ONGC Videsh” (2,92%).

bp bp Azərbaycan Azəri-Çıraq-Günəşli AÇG AÇG yatağı AÇG qaz hasilatı sərbəst təbii qaz STQ AÇG-də sərbəst təbii qaz hasilatı AÇG ilk kommersiya qaz hasilatı Xəzər dənizi Azərbaycan sektorunda qaz hasilatı Qərbi Çıraq platforması AÇG tərəfdaşları SOCAR MOL INPEX ExxonMobil TPAO ONGC Videsh Cio Kristofoli Səngəçal terminalı AÇG qaz ehtiyatları 4 trilyon kubfut qaz ehtiyatı 6 trilyon kubfutadək qaz potensialı Qırmakıüstü Qumlu lay dəsti Qırmakıaltı Qumlu lay dəsti AÇG HPBS hasilatın pay bölgüsü sazişi AÇG üzrə saziş AÇG sərmayə qoyuluşu Azərbaycanın qaz hasilatı Azərbaycanın enerji sektoru Azərbaycanın enerji təchizatı Avropaya enerji təchizatı neft və qaz yatağı inteqrasiya olunmuş neft və qaz yatağı Xəzərdə qaz hasilatı Azərbaycanın qaz ixracı enerji keçidi bp operator AÇG layihəsi AÇG 2049 Azərbaycanın neft-qaz sektoru
01.06.2026 12:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19