Tramp: FED-in faiz artırması yanlış olar
ABŞ Prezidenti Donald Tramp ABŞ-da məşğulluq göstəricilərinin gözləntiləri üstələməsindən sonra FED (ABŞ Mərkəzi Bankı) rəsmilərinin faiz dərəcələrini artırmasının yanlış olacağını bildirib. Tramp Kevin Warsh-ın (FED-in yeni sədri) ilk Fed iclasına sədrlik etməzdən əvvəl ona təsir göstərmək istəmədiyini də deyib.
Marja xəbər verir ki, Tramp NBC-nin “Meet the Press” proqramına verdiyi müsahibədə “Bu gün yaxşı hesabatlar açıqlananda bazar düşdü, çünki faiz dərəcələrinin artırılacağı düşünülür. Faiz dərəcələrini artırmaq üçün heç bir səbəb yoxdur”, - deyib.
Cümə günü açıqlanan ABŞ məşğulluq hesabatında may ayındakı məşğulluq artımı bütün proqnozları üstələyib. Bu vəziyyət Xəzinədarlıq istiqrazlarında satış dalğasına səbəb olub, investorların isə ilin sonunadək Fed-in baza faiz dərəcəsində 0,25 bəndlik artım gözləməsinə gətirib çıxarıb.
Trampın açıqlaması 16-17 iyunda ilk Federal Açıq Bazar Komitəsi (FOMC) iclasına sədrlik etməyə hazırlaşan Warsh-ın üzərində təzyiq yaradan iqtisadi və siyasi amillərə yenisini əlavə edir. Tramp baza faiz dərəcəsini artırmağın “yanlış addım” olacağını bildirib. Tramp açıqlamasında “Əslində faiz dərəcələrini aşağı salmalıyıq”, - deyib.
Tramp müsahibəsində “Kevin-ə böyük hörmətim var, lakin mənim fikrimcə, bir ölkə yaxşı gedirsə, faiz dərəcələrini dərhal artırmaqla cəzalandırılmamalıdır”, - ifadələrini işlədib.
Tramp “Bilirsiniz, borclarımız var, başqa problemlərimiz var. Həll etməli olduğumuz işlər var. Hərbiyəyə daha çox investisiya yatırmaq istəyirəm”, - deyib.
ABŞ Əmək Statistikası Bürosunun məlumatlarına görə, əvvəlki iki ayın göstəricilərinin yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsindən sonra ötən ay kənd təsərrüfatı istisna olmaqla məşğulluğun 172 min nəfər artması FED-in faiz artıracağı gözləntilərini gücləndirib. ABŞ-da işsizlik səviyyəsi isə 4,3 faizdə sabit qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 12 d. əvvəl
-
29 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Noyabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®

























