"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Aynur Mirzəyeva Ziraat Bank Azərbaycan ASC-nin Marketinq və Korporativ Kommunikasiyalar Departamentinin direktoru təyin olunub.Aynur Mirzəyeva "Ziraat Bank Azərbaycan" ASC-nin Marketinq və Korporativ Kommunikasiyalar Departamentinin direktoru təyin olunub.
Bu barədə Marja.az Banka istinadən xəbər verir.
"Bankçılıq sektorunda 17 illik peşəkar təcrübəyə malik olan Aynur Mirzəyeva yeni vəzifəsində Ziraat Bank Azərbaycanın marketinq strategiyasının formalaşdırılması, məhsul marketinqi və müştəri təcrübəsinin təkmilləşdirilməsi, korporativ kommunikasiya fəaliyyətinin idarə olunması, brend inkişafı istiqamətlərinə rəhbərlik edəcək",- Bankdan bildirilib.
Qeyd edilib ki, o, həmçinin yeni məhsul və xidmətlərin hazırlanması və inkişafı, məhsul portfelinin təkmilləşdirilməsi, məhsul strategiyalarının formalaşdırılması, məhsulların bazar ehtiyaclarına uyğunlaşdırılması, eləcə də müştəriyönümlü innovativ həllərin yaradılması və təşviqi istiqamətlərində mühüm rol oynayacaq.
Peşəkar fəaliyyəti ərzində Aynur Mirzəyeva Rabitabank, Express Bank, Bank Respublika və Kapital Bank kimi aparıcı maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Kapital Bank, BirBank komandasının Ekspert Məhsul Rəhbəri kimi fəaliyyət göstərib.
Vurğulanıb ki, karyerası boyunca məhsul inkişafı və məhsul idarəetməsi, rəqəmsal transformasiya, məhsul marketinqi üzrə strategiyalarının hazırlanması, müştəri təcrübəsinin təkmilləşdirilməsi və iri həcmli layihələrin idarə olunması sahələrində uğurlu nəticələr əldə edib. O, müxtəlif maliyyə institutlarında pərakəndə və rəqəmsal bank məhsullarının yaradılması və inkişafı, məhsul strategiyasının hazırlanması, məhsul portfelinin idarə olunması, bazar ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi və məhsulların həyat dövrünün effektiv idarə olunması istiqamətlərində mühüm layihələrə rəhbərlik edib.
Aynur xanım bakalavr və magistr dərəcələrinə malikdir, ailəlidir, iki övladı var.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR

























