METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Sazişə əsasən, Cənubi Koreyanın VFK şirkəti müəssisənin əsas texnoloji avadanlıqlarının təchizatını və quraşdırılmasını həyata keçirəcək. METAK şirkəti ölkənin mühüm sənaye layihələrindən birinin icrasını davam etdirir. Sumqayıt Kimya Sənaye Parkında polistirol qablaşdırma istehsalı üzrə yeni zavodun tikintisi artıq tamamlanıb.
Marja xəbər verir ki, layihənin növbəti mərhələsi olaraq, METAK şirkəti Cənubi Koreyanın VFK şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, VFK müəssisənin əsas texnoloji avadanlıqlarının təchizatını və quraşdırılmasını həyata keçirəcək.
Zavod fəaliyyətə başladıqdan sonra Azərbaycanda ilk dəfə olaraq polistirol qablaşdırma məhsullarının yerli istehsalı təşkil ediləcək. Hazırda daxili bazarın tələbatı əsasən idxal hesabına qarşılanır.
Layihə ölkənin sənaye potensialının gücləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, yerli istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Müəssisənin yaxın aylarda istismara verilməsi planlaşdırılır.
https://www.instagram.com/p/DZsWhn9MeD4/
https://www.linkedin.com/company/metak-company/posts/?feedView=videos
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























