"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
"AS Group"un Qazaxıstanın "BI Group" şirkəti ilə birgə Bakıda həyata keçirdiyi "4You Baku" premium yaşayış kompleksi layihəsi böyük marağına səbəb olub.(®) Azərbaycan Respublikası Prezidentinin himayəsi altında 16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında "AS Group" təmsil olunub.
Prezident İlham Əliyevin iştirakı ilə Toplantıların rəsmi açılış mərasimi keçirilib. Mərasimdə dövlət başçısı çıxış edib, ardınca İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək sənədlər imzalayıblar. Tədbirdə "AS Group"-un təsisçisi Şahin Mövsümov da iştirak edib.
İİB-nin 57 üzv ölkəsindən dövlət rəsmilərinin, beynəlxalq təşkilatların və özəl sektor nümayəndələrinin və 4000-dən çox qonağın qatıldığı tədbir çərçivəsində Azərbaycanın iqtisadi və investisiya potensialını təqdim etmək məqsədilə Azərbaycan stendi təşkil olunub. "AS Group" bu stenddə Qazaxıstanın "BI Group" şirkəti ilə birgə Bakı şəhərində həyata keçirdiyi "4You Baku" premium yaşayış kompleksi layihəsi ilə təmsil olunub və layihə qonaqların böyük marağına səbəb olub.
"Özəl Sektor Forumu"nun açılış mərasimində çıxış edən AR İqtisadiyyat naziri Mikayıl Cabbarov İİB-nin sədri ilə birgə Azərbaycan stendini ziyarət edərək "4You Baku" layihəsi ilə yaxından tanış olub. Tədbirdə "AS Group"-un icraçı direktoru İsmayıl Məsimov da iştirak edib.
“AS Group”-un Azərbaycan stendində sərgilədiyi "4YOU Baku" layihəsi Bakı şəhərində, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində inşa olunan premium yaşayış kompleksidir. Layihə “AS Group” ilə səkkiz ölkədə fəaliyyət göstərən beynəlxalq “developer” şirkəti “BI Group”-un tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Kompleks 6–19 mərtəbəli binalardan ibarət olub, 56–614 m² arası mənzillər təklif edir.
Sakinlərə fitness, kinoteatr, uşaq zonaları, yeraltı parkinq, ağıllı ev sistemləri, 56 dB səs izolyasiyası və 24/7 konsyerj xidməti təqdim olunacaq. Kompleksin idarəçiliyini 20 illik təcrübəyə malik “BI Service” həyata keçirəcək.
“AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















