PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
PAŞA Bank dünyanın ən böyük aviaşirkətlərindən biri olan Türk Hava Yolları ilə eksklüziv əməkdaşlığını uzatmaq məqsədilə yeni müqaviləyə imza atıb.
Bank 2019-cu ildə ölkədə ilk dəfə olaraq Türk Hava Yolları ilə ko-brendinq formatında “Miles&Smiles” kartlarını müştərilərin ixtiyarına vermişdir. Məhsul ölkədə nağdsız hesablaşmaların və elektron ödəniş xidmətlərindən istifadəni artırmaq üçün bazara çıxarılmışdır.
Kart sahibləri ölkədaxili və beynəlxalq ödənişlər edərkən mil qazanır. Bundan əlavə, tərəfdaş şəbəkəsində edilən ödənişlər sayəsində də əlavə millər toplamaq mümkündür.
Kartların əsas üstünlüklərinə daxildir:
• Yeni müştərilərə “xoş gəldin” milləri təqdim olunur;
• Kart balansındakı qalıq vəsait əsasında aylıq millər verilir;
• Ad günü, ondan əvvəlki və sonrakı günlərdə ikiqat millər qazanmaq imkanı;
• Çatbot konsyerj xidmətindən istifadə;
• Toplanan millərin PAŞA Bank mobil tətbiqi vasitəsilə asanlıqla izlənilməsi;
• Millərin “THY” mobil tətbiqindən rahatlıqla uçuş biletinə çevrilməsi;
• “Lounge Key” biznes zallarına pulsuz giriş imkanı;
• Partnyorların 1000-dən çox satış nöqtəsində əlavə millər qazanması imkanı;
• “Fast track” xidmətindən yararlanmaq fürsəti;
• Səyahət sığortası;
• İstənilən zaman bilet əldə etmək və milləri 3 il müddətində istifadə fürsəti;
• Hava limanından pulsuz transfer xidməti və s.
Kartlar “Miles&Smiles PAŞA Bank” Platinum, Black, Signature, Elite və Infinite növlərində təqdim olunur və müştərilərə həyat tərzinə və ehtiyaclarına uyğun müxtəlif səviyyələrdə səyahət üstünlükləri, mil qazanma imkanları və premium bank xidmətləri təqdim edir. Kartların bütün üstünlükləri və tarifləri haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















