Tramp: İranla atəşkəs bitdi
Tramp: “Məncə, İranla atəşkəs başa çatıb. Onlar yalançıdır”. “Mənə görə, anlaşma memorandumu da artıq qüvvədən düşüb. İranı xəstə insanlar idarə edir. Onlar həqiqətən dələduzluq edirlər. Biz bir razılaşma əldə etdik, nüvə silahı olmayacağını dedilər, sonra isə belə bir məsələni müzakirə etmədiklərini bildirdilər. Mənim fikrimi soruşsanız, məncə, hər şey bitib”.ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte Ankaradakı NATO Liderlər Sammitində mətbuat konfransında çıxış ediblər.
Marja xəbər verir ki, Tramp çıxışında İspaniya ilə bütün ticarət əlaqələrini kəsməyi düşündüyünü bildirib.
İspaniyanın pis NATO tərəfdaşı olduğunu deyən Tramp bildirib: “Nə iştirak edirlər, nə də pul ödəyirlər. Bütün ticarəti kəsməyi düşünürəm. Artıq onlarla ticarət etməyimizə ehtiyac yoxdur”.
Bir jurnalistin İranla bağlı sualını cavablandıran Tramp deyib: “Məncə, İranla atəşkəs başa çatıb. Onlar yalançıdır”.
İranla atəşkəsin bitdiyini bildirən Tramp əlavə edib: “Mənə görə, anlaşma memorandumu da artıq qüvvədən düşüb. İranı xəstə insanlar idarə edir. Onlar həqiqətən dələduzluq edirlər. Biz bir razılaşma əldə etdik, nüvə silahı olmayacağını dedilər, sonra isə belə bir məsələni müzakirə etmədiklərini bildirdilər. Mənim fikrimi soruşsanız, məncə, hər şey bitib”.
“Türkiyə F-35-ləri alacaq”
Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı da fikirlərini bildirən Tramp deyib: “Ərdoğanı çox sevirəm. Netanyahunu da çox sevirəm. Türkiyə F-35-ləri alacaq. Türkiyənin çox yeni və güclü ordusu var. Bunu Netanyahuya da dedim. Mən olmasaydım, bəlkə də Türkiyə İran müharibəsinə qarşı tərəfdə qoşulardı. Netanyahuya dedim ki, mən olduğum üçün Türkiyə neytral qaldı”.
Trampın açıqlamalarından digər əsas məqamlar belədir:
“NATO-dan razı deyiləm. İran məsələsində bizə kömək etmədilər, amma bizim köməyə ehtiyacımız yoxdur. Mən sadəcə bizə kömək edib-etməyəcəklərini test etdim.
Almaniya, Fransa və İngiltərə ilə görüşdüm, İspaniya ilə görüşmədim. Onlar dəhşətli tərəfdaşdır. Səfərlər, ticarət daxil olmaqla onlarla bütün əlaqələrimizi kəsdik. İspaniya öz payını da ödəmir, heç nədə iştirak etmir. Daim onları qorumağa davam edə bilmərik. Pis insanlardır, onlarla heç danışmıram da”.
Rutte: İran məsələsində sizin yanınızdayam
Trampın açıqlamalarından sonra Rutte bunları bildirib:
“İran məsələsində sizin yanınızdayam. İranın nüvə silahından təmizlənməsini dəstəkləyirəm. Bu, İsrail üçün də çox vacib idi.
İspaniya da əslində müdafiə xərclərini 2 faiz səviyyəsinə çatdıraraq müsbət addım atıb.
Qrenlandiya ilə bağlı Davosda bir razılaşma əldə etdiniz, bu razılaşmanın icrasını təmin etməyə çalışacağam”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR

























