Rusiya dizel yanacağının ixracını qadağan edib
Rusiya daxili bazarda yanacaq təklifini artırmaq məqsədilə dizel yanacağının ixracına qadağa qoyub. Qərarın artan tələbi və təklif çatışmazlığını yumşaltmağa xidmət edəcəyi gözlənilir.
Marja xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak daxili bazarda yanacaq təklifini artırmaq məqsədilə dizel yanacağının ixracına qadağa tətbiq edildiyini açıqlayıb.
Novak Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi iclasda yanacaq bazarındakı vəziyyəti qiymətləndirib.
O bildirib ki, Rusiyada yanacağa tələbat ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artıb. Novakın sözlərinə görə, bu vəziyyət yanacaqdoldurma məntəqələrinin üzərinə düşən yükü artırıb, avtomobillərin sayının və yanacaq doldurma müddətlərinin artmasına səbəb olub.
Daxili bazarda vəziyyətin hələ də çətin olaraq qaldığını bildirən Novak qeyd edib ki, yanacaq istehsalı həcmlərində məcburi azalma səbəbindən son istehlakçılara çatdırılma marşrutları da dəyişib.
“Bu gün dizel yanacağının ixracına qadağa tətbiq etdik və bu, daxili bazara təklifi artırmağa imkan verəcək”, – Novak bildirib.
Bazarda vəziyyəti sabitləşdirmək üçün neft emalı zavodlarında güc istifadəsinin maksimum səviyyəyə çatdırıldığını deyən Novak ehtiyatlardakı yanacağın bazara yönləndirildiyini, mövcud təmir müddətlərinin qısaldıldığını və bəzi neft emalı zavodlarında planlaşdırılan təmir işlərinin daha sonrakı tarixlərə təxirə salındığını qeyd edib.
Hökumət satış və ixrac məhdudiyyətlərinə əl atır
Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına təşkil etdiyi hücumlar səbəbindən ölkədə çoxsaylı müəssisələr təmirə dayandırılıb. Rusiya hökuməti isə yanacaq bazarında sabitliyi təmin etmək üçün vaxtaşırı satış və ixrac məhdudiyyətləri tətbiq edir.
Ölkədə Moskva və Sankt-Peterburq da daxil olmaqla, təxminən 40 regionda yanacaq satışına məhdudiyyətlər tətbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR


























