Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
(®) İnvestisiya etmək artıq maliyyə bazarlarını yaxından izləyən və vəsaitini dəyərləndirmək istəyən hər kəsin üstünlük verdiyi imkanlardan biridir. 2025-ci ilin iyun ayında istifadəyə verilən Birbank Invest qısa müddətdə onminlərlə istifadəçinin seçiminə çevrilib. Azərbaycanda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi olan platforma istifadəçilərə cəmi 1 ABŞ dollarından başlayaraq investisiya etmək, yerli və qlobal maliyyə bazarlarına tam rəqəmsal, rahat və təhlükəsiz çıxış əldə etmək imkanı yaradır.
Fəaliyyət göstərdiyi 1 il ərzində Birbank Invest istifadəçilərinə təqdim etdiyi investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün platformada 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Ötən dövr ərzində platformaya 1000-dən çox yeni investisiya aləti əlavə olunub. Eyni zamanda Birbank Invest 2.0 versiyası ilə daha rahat istifadəçi interfeysi, yerli kapital bazarında ilkin və təkrar bazarda ticarət imkanları, ABŞ bazarı üzrə geniş maliyyə göstəriciləri və investorların qərarverməsini asanlaşdıran yeni funksiyalar istifadəyə verilib.
Birbank Invest ölkənin kapital bazarında mühüm hadisələrdən biri olan PAŞA Bank-ın ilk kütləvi səhm təklifi (IPO) zamanı da investorların ən çox istifadə etdiyi platforma olub. 10 000-dən çox unikal investor məhz Birbank Invest vasitəsilə IPO-da iştirak edib və tətbiq üzərindən 11 000-dən artıq sifariş yerləşdirilib.
Kapital Bank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib. O bildirib ki, investisiya maliyyə bazarlarını yaxından izləyən insanlarla yanaşı, vəsaitini dəyərləndirmək istəyən hər kəs üçün əlçatan olmalıdır. “Bizim üçün əsas göstərici təkcə istifadəçi sayı deyil. Əsas məsələ insanların investisiyaya münasibətinin dəyişməsidir. Əgər əvvəllər investisiya daha çox peşəkarların maraq dairəsi hesab olunurdusa, bu gün rəqəmsal həllər sayəsində daha çox insan vəsaitini dəyərləndirməyə başlayır. Birbank Invest-in qısa müddətdə qazandığı etimad da bu dəyişimin ən aydın göstəricilərindən biridir”.
Tam rəqəmsal qeydiyyat, 24/7 sifariş yerləşdirmə, portfeli real vaxt rejimində izləmə imkanı, rəqabətli komissiyalar və SIPC çərçivəsində 500 min ABŞ dollarınadək aktivlərin sığortalanması Birbank Invest-in istifadəçilərinə təqdim etdiyi üstünlüklər sırasındadır. Qeyd edək ki, Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunub və həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
21 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
- 45 d. əvvəl
-
53 d. əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
Ən çox oxunanlar
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi

























