Mərkəzi Bank bu gün saat 10:00-da qərarını açıqlayacaq, saat 11:00-dan sədr Taleh Kazımov açıqlamalar verəcək
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 31 iyul 2026-cı il tarixində saat 10:00-da dərc olunacaq. Saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin 24 İyun 2026-cı il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində).
6 may 2026-cı il tarixində də, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır).
4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilmişdi.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. 2025-ci ilin iyun ayı ilə müqayisədə illik istehlak qiymətləri 5,8 faiz artıb, son bir ayda isə 0,3 faiz azalıb.
İllik inflyasiya Apreldə 5,5%, Mayda 5,6% təşkil etmişdi. İyunda illik inflyasiya sürətlənsə də Mərkəzi Bankın hədəf aralığındadır (2% - 6%). İyul iclasında da faiz dəhlizinin bütün parametrlərinin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir.
"Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən bank sektorunda likvidliyin dinamikası, onun birbaşa və dolayı təsirləri də nəzərə alınacaqdır", - Azərbaycan Mərkəzi Bankı 24 iyulda yaydığı press-relizində qeyd etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 d. əvvəl
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
13 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
Ən çox oxunanlar
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
























