"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı
"PAŞA Holding" Azərbaycanda arbitrajın inkişafı üçün mühüm addım atdı. Gənc hüquqşünaslar üçün də yeni imkanlar açılır – Sənəd imzalandı. Bakı Arbitraj Mərkəzi və "PAŞA Holding" birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkil edəcəklər, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayacaqlar.Bakı Arbitraj Mərkəzi ilə “PAŞA Holding” arasında LEGIS Hüquq Forumu layihəsi üzrə rəsmi əməkdaşlığın əsasını qoyan Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənəd Bakı Arbitraj Mərkəzi adından Mərkəzin İdarə heyətinin Sədri Kəmalə Mehdiyeva, "PAŞA Holding" adından isə "PAŞA Holding" MMC-nin Hüquq və Dövlət qurumları ilə əlaqədar funksiyasının direktoru, “LEGIS Hüquq Forumu”un Təşkilat Komitəsinin Sədri Aytac Qasımova tərəfindən imzalanıb.
Bu Memorandum arbitrajın Azərbaycanda mübahisələrin həlli mexanizmi kimi inkişafında və Bakı Arbitraj Mərkəzinin institusional böyüməsində mühüm addımdır. İmzalanan sənəd iki tərəf arasında uzunmüddətli və məzmunlu tərəfdaşlığın çərçivəsini müəyyən edir.
Əməkdaşlıq çərçivəsində Bakı Arbitraj Mərkəzi və "PAŞA Holding" arbitraj haqqında maarifləndirməni artırmaq və onun inkişafını təşviq etmək məqsədilə birgə layihələr, nəşrlər, konfranslar və təlim proqramları həyata keçirəcəklər. Tərəflər həmçinin hüquq ictimaiyyəti, tələbələr və gənc mütəxəssislər arasında arbitraj mədəniyyətinin formalaşdırılmasına töhfə verməyi hədəfləyirlər.
Əməkdaşlıq hüquqi yardım sahəsində birgə layihələrin həyata keçirilməsini, müasir texnologiyaların və elmi nəticələrin tətbiqini, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkilini, qanunvericilik sahələri üzrə informasiya mübadiləsini, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığı əhatə edir.
Kəmalə Mehdiyeva bildirib ki, bu Memorandum arbitrajın Azərbaycanda mübahisələrin həlli mexanizmi kimi inkişafına və Bakı Arbitraj Mərkəzinin institusional böyüməsinə mühüm töhfə verəcək. O əlavə edib ki, LEGIS Hüquq Forumu kimi güclü tərəfdaşla birgə iş bu sahədə maarifçiliyi yeni səviyyəyə qaldıracaq.
Aytac Qasımova isə qeyd edib ki, Forumun əsas hədəfi hüquq təhsili ilə praktikanı bir araya gətirməkdir. O vurğulayıb ki, Bakı Arbitraj Mərkəzi ilə bu əməkdaşlıq gənc hüquqşünaslara arbitraj sahəsində yeni bilik və imkanlar qazandıracaq, eyni zamanda bu sahədə peşəkar mühitin formalaşmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
























