“Roundup” məhkəmə iddialarının “Bayer” şirkətinə maliyyə yükü indiyədək 10 milyard dolları ötüb
“Bayer” 2018-ci ildə “Monsanto”nu satın almaqla “Roundup”la bağlı hüquqi problemləri də öz üzərinə götürüb. Məhkəmə iddialarının şirkətə indiyədək yaratdığı maliyyə yükü 10 milyard dolları ötüb.Almaniyanın əczaçılıq və kimya şirkəti “Bayer”in “Roundup” məhkəmə iddiaları ilə əlaqədar ödədiyi məbləğ 10 milyard dolları keçib.
Marja xəbər verir ki, Şirkət minlərlə iddianı əhatə edən 7,25 milyard dollarlıq yeni barışıq sazişi ilə bağlı məhkəmənin qərarını da gözləyir.
“Bayer”in “Monsanto” bölməsi və iddiaçıların vəkilləri barışıq sazişinə baxılacaq məhkəmə iclasının təxirə salınması üçün Missuri ştatındakı məhkəməyə birgə müraciət ediblər.
“Bloomberg”in məlumatına görə, tərəflər avqustun 19-na planlaşdırılan məhkəmə iclasının sentyabrın 10-na keçirilməsini istəyiblər. “Bayer” bildirib ki, təxirəsalma barışıq sazişindən çıxmaq barədə qərarını geri götürmək istəyən şəxslərin müraciətlərinin işlənməsi üçün zəruridir.
Məhkəmə “Roundup” adlı herbisidin xərçəng xəstəliyinə səbəb olduğu iddiası ilə qaldırılmış minlərlə iddianı əhatə edən 7,25 milyard dollarlıq barışıq sazişini təsdiqləyib-təsdiqləməyəcəyinə qərar verəcək.
Bu qərar “Bayer”in iyun ayında ABŞ Ali Məhkəməsində əldə etdiyi hüquqi qələbədən sonra şirkət üçün növbəti mühüm mərhələ olacaq.
ABŞ Ali Məhkəməsi “Roundup”ın onda qeyri-Hodgkin limfomasına səbəb olduğunu iddia edən Missuri sakininin xeyrinə çıxarılmış münsiflər heyəti qərarını ləğv etmişdi. Məhkəmə federal tənzimləyici qurumların məhsulun etiketində xərçəng riskinə dair xəbərdarlığın yerləşdirilməsini zəruri hesab etmədiklərinə diqqət çəkmişdi. Buna görə də istehlakçıların etiketdə müvafiq xəbərdarlığın olmamasına görə “Bayer”i məsuliyyətə cəlb edə bilməyəcəyinə qərar verilmişdi.
“Bayer”in baş icraçı direktoru Bill Anderson şirkətin üzərindəki hüquqi yükü bu il ərzində “əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı” hədəflədiklərini açıqlamışdı.
“Bayer” “Roundup” herbisitinin istehsalçısı “Monsanto”nu 2018-ci ildə satın alıb və məhsulla bağlı hüquqi problemləri də öz üzərinə götürüb. “Roundup” iddialarının şirkətə indiyədək ümumi maliyyə yükü 10 milyard dolları ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR


























