"Naxçıvana 217 yeni avtobusun alınmasına dair göstəriş verilib"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Naxçıvan şəhərində ictimai nəqliyyat parkının elektrik avtobusları ilə yenilənməsinə başlanılıb.
Prezident bildirib ki, şəhərdaxili nəqliyyatla bağlı məsələ həll olunub, lakin rayonlararası və şəhərlərarası nəqliyyatda problemlər qalır.
Buna görə 217 yeni avtobusun alınmasına dair göstəriş verilib.
İlham Əliyev deyib:
“Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın.”
Beləliklə, yeni avtobusların 2026 və 2027-ci illərdə mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur.
420 kilometr yol – 160 min nəfərə təsir edəcək
Naxçıvanın kənd və rayon yollarının yenilənməsi də böyük proqramın tərkib hissəsidir.
Prezidentin açıqlamasına görə, təxminən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların çəkilməsi və əsaslı təmiri planlaşdırılır.
Layihələr 26 yaşayış məntəqəsini əhatə edəcək.
Bu yaşayış məntəqələrində təxminən 160 min nəfər yaşayır.
Prezident bildirib:
“Təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir.”
Dövlət başçısı əlavə edib:
“Bu məsələ öz həllini tapacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
26 d. əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 57 d. əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Ən çox oxunanlar
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®























