Prezident Naxçıvan üçün 1000 MVt-a qədər Günəş enerjisi potensialını açıqladı – Elektrik Avropaya qədər gedə bilər
Naxçıvanda 1000 MVt-lıq enerji planı – Elektrik Avropaya qədər gedə bilər. Azərbaycan “Zəngəzur elektrik dəhlizi”ni işə salmağa hazırlaşır. Prezident: Elektrik xəttini maksimum 6 aya çəkə bilərikAzərbaycanın yeni planı: Naxçıvandan Avropaya elektrik enerjisi
Naxçıvan Muxtar Respublikasında Günəş elektrik stansiyalarının ümumi gücü gələcəkdə 500 meqavatı keçərək hətta 1000 meqavata qədər yüksələ bilər. İstehsal ediləcək elektrik enerjisinin Türkiyə və İranla yanaşı gələcəkdə Avropaya da ixracı nəzərdə tutulur.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın yaşıl enerji potensialına xarici investorların maraq göstərdiyini və bu istiqamətdə daha böyük layihələrin həyata keçiriləcəyini bildirib.
Prezident xarici investisiyaların Naxçıvana cəlb edilib-edilməyəcəyi barədə suala belə cavab verib:
“Bəli, mütləq, mütləq, bu olacaq. Artıq bizə bir çox yerlərdən belə təkliflər daxil olur.”
Ordubadda yeni su elektrik stansiyası
Naxçıvanda yalnız Günəş enerjisi deyil, hidroenerji potensialının da genişləndirilməsi planlaşdırılır.
Prezident Ordubad rayonunun Tivi kəndində gücü 15 meqavatdan bir qədər çox olan su elektrik stansiyasının layihəsini xüsusi qeyd edib.
Dövlət başçısı bildirib ki, layihənin davam etdirilməsi üçün dövlət tərəfindən vəsait ayrılacaq.
Eyni zamanda, yerli investorlar Naxçıvanda 50 meqavatlıq Günəş elektrik stansiyaları tikirlər və xarici investorların da layihələrə marağı var.
Prezident: “Ən azı 500 meqavat ola bilər, 1000 meqavat da olsun”
Ən mühüm açıqlama Naxçıvanın potensial Günəş enerjisi gücü ilə bağlı olub.
İlham Əliyev bildirib:
“Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun.”
Bu miqyas Naxçıvanın hazırkı enerji tələbatından dəfələrlə böyük ixrac potensialının yaradılması perspektivini gündəmə gətirir.
Lakin Prezident qeyd edib ki, burada əsas məsələ generasiya gücünün yaradılmasından sonra enerjinin ixrac imkanlarının təmin edilməsidir.
Türkiyə və İrana xətlər var, amma gücü artırılmalıdır
Hazırda Naxçıvanın həm Türkiyə, həm də İranla elektrik ötürücü bağlantıları mövcuddur.
Lakin mövcud xətlərin ötürmə qabiliyyəti 500-1000 meqavatlıq yeni istehsalın ixracı üçün yetərli deyil.
Prezident bildirib:
“500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər.”
Beləliklə, Naxçıvanın yaşıl enerji strategiyası yalnız yerli tələbatın təmin edilməsinə deyil, regional və Avropa enerji bazarlarına çıxışa hesablanır.
“Zəngəzur elektrik dəhlizi” üçün infrastruktur artıq yaradılıb
Prezident bildirib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisi üzərindən elektrik xətlərinin çəkilməsi üçün layihə hazırdır.
Cəbrayıl rayonunda böyük həcmdə elektrik enerjisinin ötürülməsi üçün xüsusi yarımstansiya da artıq inşa olunub.
İlham Əliyev deyib:
“O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.”
Prezidentin açıqlamasına görə, Azərbaycan mütəxəssisləri Ermənistan ərazisində gələcək elektrik xəttinin keçəcəyi yerləri və hətta elektrik dirəklərinin yerləşdirilməsi üçün məntəqələri də müəyyən ediblər.
Azərbaycan öz üzərinə düşən işi 6 aya görə bilər
Prezident elektrik ötürücü infrastrukturun tikintisinin texniki baxımdan Azərbaycan üçün çətin layihə olmadığını bildirib.
İlham Əliyev deyib:
“Əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər.”
Dövlət başçısı Ermənistandan Naxçıvana, daha sonra Türkiyə və Avropaya uzanan elektrik dəhlizinin regional enerji sistemi üçün də faydalı ola biləcəyini bildirib.
Zəngəzur dəhlizindən internet, elektrik, neft və qaz da keçə bilər
Prezidentin açıqlaması Zəngəzur dəhlizinə indiyədək daha çox nəqliyyat layihəsi kimi yanaşılmasının dəyişdiyini göstərir.
İlham Əliyev bildirib:
“Bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər.”
Beləliklə, dəhliz avtomobil və dəmir yolu ilə yanaşı enerji və telekommunikasiya infrastrukturu üçün də strateji xəttə çevrilə bilər.
Azərbaycanın növbəti məqsədi Avropaya elektrik ixracıdır
Azərbaycan artıq Avropa bazarına neft və qaz ixrac edir.
Prezident bildirib ki, növbəti məqsədlərdən biri elektrik enerjisi ixracatçısına çevrilməkdir:
“Biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik.”
Hazırda Avropaya potensial elektrik ixracı üçün əsas istiqamət Gürcüstan-Türkiyə marşrutudur.
Bundan başqa, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır.
Prezident həmçinin 2024-cü ilin noyabrında COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə elektrik kabeli layihəsinə dair saziş imzalandığını xatırladıb.
Dövlət başçısı Azərbaycanın gələcək enerji modelini belə ifadə edib:
“Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək.”
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
1 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)













