Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
Birbank müştəriləri üçün ictimai nəqliyyatdan istifadəni daha sərfəli edən yeni kampaniyaya start verir.
11 avqust – 30 noyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Birbank Star kartı ilə avtobus və metroda BakıKart ödənişi edən müştərilərə hər ay ilk 5 gedişi ödənişsiz etmək şansı verilir.
Kampaniyadan yararlanmaq üçün avtobus və metroda BakıKart ödənişlərini Birbank Star kartı ilə həyata keçirmək kifayətdir. Bu zaman kartdan vəsait çıxılmır və sərnişinlər mobil tətbiq daxilində prosesi rahatlıqla izləyə bilirlər. Kampaniya Birbank Star kartı ilə birbaşa kart və ya QR vasitəsilə edilən BakıKart ödənişlərinə şamil olunur.
Kampaniyada həm aktiv Birbank Star kartına sahib olan, həm də yeni Birbank Star kartı əldə edən bütün müştərilər iştirak edə bilərlər. Kampaniya müddətində hər Birbank Star kartı ilə 20 pulsuz gediş etmək mümkündür.
Birbank Star kartı həmçinin gündəlik maliyyə ehtiyaclarının idarə olunması üçün də istifadəçilərə müxtəlif imkanlar təqdim edir. Kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə və Bir ekosisteminin tərəfdaşlarında edilən ödənişlərə görə limitsiz bonuslar qazana bilərlər. Bundan əlavə, QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından yararlanmaq mümkündür.
Birbank Star kredit kartını Birbank mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək olar.
Ətraflı məlumat üçün: Birbank | Birbank Star ilə hər ay 5 gediş hədiyyə!
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
41 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
46 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
52 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























