Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib
Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində 4 milyon 950,5 min manat məbləğində azadolma və güzəşt göstərildiyindən mənfəət vergisinə cəlb olunan məbləğ cəmi 12,6 min manat olub.
Marja xəbər verir ki, bu, Qərbi Kaspi Universitetinin 2025-ci il üzrə mənfəət vergisi bəyannaməsində və maliyyə vəziyyəti haqqında hesabatında əksini tapıb.
Xatırladaq ki, 2024-cü ildə Qərbi Kaspi Universitetinin cəmi gəlirləri 11 milyon 101 min manat, cəmi xərcləri 6 milyon 874 min manat, əməliyyat mənfəəti (vergitutma məqsədləri üçün mənfəət) 4 milyon 228 min manat, mənfəət üzrə azadolma və güzəştləri də milyon 228 min manat təşkil etmişdi.
Bəyannaməyə əsasən, universitet 2025-ci ildə işlərin görülməsi və xidmətlərin göstərilməsindən 14 milyon 157 min 542 manat gəlir əldə edib. Bundan əlavə, daşınmaz əmlakın icarəsindən 15 min manat daxil olub. Nəticədə ümumi gəlirlər 14 milyon 172 min 542 manata çatıb.
Xərclər 9,2 milyon manatı keçib
Universitetin 2025-ci ildə gəlirlərin əldə edilməsi ilə bağlı ümumi xərcləri 9 milyon 209 min 474 manat təşkil edib.
Xərclərin mühüm hissəsini əməkhaqqı, sosial ödənişlər və icarə təşkil edib. Sənədə əsasən, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üzrə 2 milyon 695,5 min manat, sosial sığorta haqları üzrə 525 min manat, icarə haqqı üzrə isə 1 milyon 686 min manat xərc qeydə alınıb.
Beləliklə, əməkhaqqı və sosial sığorta xərclərinin cəmi 3 milyon 220,5 min manata çatıb. Bu, universitetin ümumi xərclərinin təxminən 35%-nə bərabərdir.
İcarə xərclərinin ümumi xərclərdə payı isə təxminən 18,3% təşkil edib.
Digər əsas xərc maddələri arasında 180,8 min manat ezamiyyə xərci, 490,5 min manat amortizasiya, 46,5 min manat bank xidmətləri, 27,3 min manat təmir və 10,9 min manat sığorta xərcləri yer alıb. Sənəddə xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər 3 milyon 336,9 min manat göstərilib.
4,96 milyon manat mənfəət, amma vergiyə cəlb olunan məbləğ 12,6 min manat
Gəlirlərdən çıxılan xərclər nəzərə alındıqdan sonra Qərbi Kaspi Universitetinin vergitutma məqsədləri üçün mənfəəti 4 milyon 963 min 67,73 manat təşkil edib. Bununla yanaşı, mənfəət üzrə azadolma və güzəştlərin məbləği 4 milyon 950 min 492,21 manat göstərilib.
Nəticədə mənfəət vergisinə cəlb olunan məbləğ 12 min 575,52 manat olub. 20%-lik mənfəət vergisi dərəcəsi tətbiq edildikdən sonra hesablanmış və ödənilməli mənfəət vergisi 2 min 515,10 manat təşkil edib. Bəyannamədə azadolma və güzəştlərin ayrıca təsnifatının müvafiq əlavədə təqdim olunduğu qeyd edilir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Hesablamalara əsasən, azadolma və güzəştlər vergitutma məqsədləri üçün müəyyən edilmiş 4,96 milyon manatlıq mənfəətin təxminən 99,75%-ni əhatə edib. Bu səbəbdən hesablanmış mənfəət vergisinin vergitutma məqsədləri üçün mənfəətə nisbəti təxminən 0,05% səviyyəsində olub.
Universitetin aktivləri 4,47 milyon manat artıb
Qərbi Kaspi Universitetinin maliyyə vəziyyəti haqqında hesabatı onun aktivlərinin də əhəmiyyətli artdığını göstərir.
31 dekabr 2025-ci il tarixinə universitetin cəmi aktivləri 21 milyon 186,5 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 16 milyon 720,8 min manat idi. Beləliklə, bir il ərzində universitetin aktivləri 4 milyon 465,6 min manat və ya 26,7% artıb.
Uzunmüddətli aktivlər 4 milyon 279,5 min manatdan 5 milyon 287,6 min manata yüksəlib. Artım 1 milyon 8,1 min manat və ya 23,6% təşkil edib.
Torpaq, tikili və avadanlıqların dəyəri 3 milyon 878,1 min manatdan 4 milyon 192,6 min manata yüksəlib – artım 314,4 min manat və ya 8,1% olub. Eyni zamanda, hesabatda 716,8 min manat uzunmüddətli maliyyə aktivinin formalaşdığı göstərilib. 2024-cü ilin sonunda bu maddə üzrə vəsait qeydə alınmamışdı.
Bank hesablarında və kassada 15,8 milyon manat
Universitetin ən böyük aktiv maddəsi pul vəsaitləri və onların ekvivalentləridir. Bu göstərici 2024-cü ilin sonundakı 12 milyon 440,6 min manatdan 2025-ci ilin sonunda 15 milyon 837,1 min manata çatıb. Beləliklə, pul vəsaitləri bir il ərzində 3 milyon 396,5 min manat və ya 27,3% artıb. Pul vəsaitlərinin universitetin ümumi aktivlərində payı təxminən 74,8% təşkil edib.
Bölüşdürülməmiş mənfəət 16,4 milyon manata çatıb
Hesabata görə, Qərbi Kaspi Universitetinin bölüşdürülməmiş mənfəəti 2024-cü ilin sonundakı 11 milyon 545,7 min manatdan 2025-ci ilin sonunda 16 milyon 384,4 min manata yüksəlib. Artım 4 milyon 838,7 min manat və ya 41,9% təşkil edib.
Kapital ehtiyatları isə dəyişməyərək 4 milyon 802 min manat səviyyəsində qalıb. Universitetin cəmi kapitalı 16 milyon 720,8 min manatdan 21 milyon 186,5 min manata yüksəlib.
Diqqətçəkən digər göstərici universitetin hesabatında həm uzunmüddətli, həm də qısamüddətli öhdəliklərin sıfır göstərilməsidir. Başqa sözlə, təqdim edilmiş maliyyə vəziyyəti hesabatına əsasən, 2025-ci ilin sonunda universitetin cəmi aktivləri tam şəkildə kapital hesabına formalaşıb və cəmi öhdəliklər “0” manat olub.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
1 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
1 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)














