“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
“Qırmızı Körpü”də vəziyyət ağırlaşıb: mindən çox yük maşını gözləyir. Azərbaycan və Gürcüstan sərhəddə yük maşınlarının sıxlığının aradan qaldırılması üçün tədbirlər görəcək. 20 kilometrlik TIR sıxlığı iddiası – “Qırmızı Körpü”də ciddi problem. TIR sürücüləri üsyan edir: “Bizi başqa qapılara yönəltsinlər”Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində son günlər yük avtomobillərinin hərəkətində ciddi sıxlıq müşahidə olunur.
Gürcüstan tərəfdə, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.
Məlumata görə, yük maşınlarından ibarət növbə bir neçə kilometrə qədər uzanır.
Azərbaycanın Gürcüstanla sərhədində yerləşən “Qırmızı Körpü” gömrük-keçid məntəqəsi regionun əsas yük marşrutlarından biridir. Buradan hər gün yüzlərlə yük avtomobili keçir. Son günlər isə məntəqənin Gürcüstan tərəfində TIR-ların sıxlığı müşahidə olunur.
Sərhəddəki vəziyyət xüsusilə beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərin işinə təsir edir. Onların fikrincə, sərhəddə gözləmək daşınan mallara görə əlavə risk və özləri üçün əlavə xərcə səbəb olur.
Gürcüstan ərazisində yaranan növbə sərhədin Azərbaycan tərəfində də yük avtomobillərinin hərəkətinə təsirsiz ötüşmür. Nəticədə sürücülər sərhədi keçmək üçün uzun müddət gözləməli olurlar. Məsələ təkcə vaxt itkisi ilə məhdudlaşmır. Yük avtomobillərinin uzun müddət yolda qalması yanacaq sərfiyyatını artırır, sürücülərin istirahət imkanlarını məhdudlaşdırır və daşınan məhsulların təyinat yerinə çatdırılma müddətini uzadır.
Sürücü Hasan Sarısoy bildirir ki, Gürcüstan ərazisində parka daxil olmaq üçün üç gün gözləyiblər. Daha sonra isə parkda daha dörd gün növbə gözləməli olublar. Onun sözlərinə görə, sürücülər yollarda ağır vəziyyətlə üzləşirlər: “Azərbaycana girişdə çox problem var. Səbəbini soruşanda deyirlər ki, Gürcüstan tərəfi işləmir”.
Digər sürücü Əli Əyrica isə uzun növbələr səbəbindən günlərinin böyük hissəsini yollarda keçirdiyini deyir.
Sürücülərin bir qismi yaranmış sıxlığın səbəblərindən biri kimi Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik tədbirlərinin artmasını və nəqliyyat axınının Gürcüstan marşrutuna yönəlməsini göstərir.
35 ildir Azərbaycana gəlib-getdiyini deyən sürücü Hüseyn Yanık isə bu müddət ərzində belə çətinliklə qarşılaşmadığını bildirir: “35 ildir ki, Azərbaycana gəlib-gedirəm. Bu qədər çətinlik bu zamana qədər olmamışdı. Bunun bir neçə səbəbi var. Birinci səbəbi də Ukrayna müharibəsidir. Dənizdəki gəmilər TIR-ları daşıya bilmirlər. Ona görə də bu tərəfdə sıxlıq yaranıb. Sıxlıq olduğu halda dövlətlərin təhlükəsizlik tədbirləri görməsi gündəmə gəlir. Bundan bir il əvvəl 100 maşın gəlirdisə, indi 500-1000 maşın gəlir”.
Sürücü Məhəmməd Çaylı da Gürcüstan ərazisində yaranan vəziyyətdən narazıdır: “Bura yük gətirmişik. Biz Gürcüstan tərəfində olmazın əziyyətini çəkirik. Yol qırağında o qədər park var, amma 20 kilometr maşın tıxacı yaranıb. Əgər göndərə bilmirlərsə, başqa qapılara yönəltsinlər bizi”.
Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı olaraq bildirilib ki, Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.
“Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, - qeyd edilib.
AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xəbər verir ki, Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1030 yük nəqliyyat vasitəsi çıxışda gözləyir. “Mazımqara” gömrük postunda isə gözləyən yük nəqliyyat vasitəsi yoxdur.
İran İslam Respublikası ilə sərhəddə yerləşən “Astara” gömrük postunda 37 nəqliyyat vasitəsi növbədədir.
Azərbaycanın Rusiya ilə sərhədində yerləşən “Samur” gömrük postunda isə 47 yük maşını növbədə gözləyir.
© APA
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
1 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
1 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür









.jpg)













