Prezident turizmlə bağlı 5 illik Dövlət Proqramını təsdiqlədi
Azərbaycanda turizmin inkişafı üçün yeni mərhələ başlayır. Azərbaycan turizmi üçün 2030-cu ilədək yeni yol xəritəsi - Azərbaycanda turizmin inkişafı üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı təsdiqlənib. “Turizm haqqında” Qanun yenilənəcək – Hökumətə 6 ay vaxt verildi. Turizm sektoruna dövlət subsidiyaları veriləcəkPrezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Avqustun 20-də imzalanmış sənəd rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, sahədə idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda turizmin təşviqi, eləcə də effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədi daşıyır.
Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Qanunun təkmilləşdirilməsinə dair təklifləri altı ay ərzində hazırlayaraq Prezidentə təqdim etməlidir.
Turizm layihələri üçün investisiya təşviqi mexanizmi yenilənəcək
Nazirlər Kabinetinə üç ay müddətində turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və sektorun xüsusiyyətləri nəzərə alınmaqla mövcud mexanizmin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq tapşırılıb.
Hökumət eyni müddət ərzində Dövlət Proqramında nəzərdə tutulan və dövlət büdcəsi hesabına veriləcək subsidiyaların şərtləri ilə bağlı təkliflərini də Prezidentə təqdim etməlidir.
Nazirlər Kabineti proqramda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsinə və icrasına nəzarət edəcək. Dövlət Proqramının icrası barədə ildə bir dəfə Prezidentə məlumat veriləcək.
Hava nəqliyyatının turizmə töhfəsi artırılacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu tapşırıq ölkənin turizm əlçatanlığının artırılması, hava nəqliyyatı ilə turist axınının genişləndirilməsi və turizm istiqamətlərinə bağlantı imkanlarının yaxşılaşdırılması üzrə yeni təşəbbüslərin hazırlanmasını nəzərdə tutur.
Dövlət Turizm Agentliyinə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Proqram dövlət büdcəsindən maliyyələşdiriləcək
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin etməlidir.
Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Dövlət Proqramı 2026–2030-cu illərdə Azərbaycanın turizm imkanlarının genişləndirilməsinə, regionlarda yeni turizm məhsullarının yaradılmasına, sektora investisiyaların təşviqinə və ölkənin beynəlxalq turizm bazarında mövqeyinin gücləndirilməsinə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
Bakı Fond Birjasında milyardlarla manatlıq azalma
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
Ən çox oxunanlar
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər






















