Azərbaycan 34 ölkə ilə vizasız rejimə keçməyi planlaşdırır
Azərbaycan 34 ölkə ilə vizasız gediş-gəliş rejimi tətbiq etməyi planlaşdırır. Ölkəmizdə “rəqəmsal səyyah” vizası yaradılacaq. Sərhəddə viza verilən ölkələrin sayı artırılacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycan turizm məqsədilə vizasız səfər imkanlarının genişləndirilməsini planlaşdırır.
Dövlət Proqramında 2030-cu ilədək ümumvətəndaş pasportları əsasında 34 hədəf ölkənin vətəndaşlarına vizasız gediş-gəliş rejiminin tətbiqi nəzərdə tutulub.
İlkin mərhələdə vizasız rejim tətbiq edilən hədəf turizm ölkələrinin sayının 28-ə çatdırılması, proqramın sonunda isə bu göstəricinin 34 ölkəyədək artırılması planlaşdırılır.
Çoxdəfəlik elektron vizaların verilməsi prosedurları da təkmilləşdiriləcək. “ASAN Viza” sisteminin texniki imkanlarının yenilənməsi və turizm məqsədilə verilən çoxdəfəlik elektron vizaların sayının artırılması qarşıya qoyulan hədəflər sırasındadır.
Elektron viza və sərhəddə viza tətbiq edilən ölkələrin siyahısının genişləndirilməsi də nəzərdə tutulub. Xüsusilə Körfəz ölkələrində daimi yaşamaq icazəsi olan üçüncü ölkə vətəndaşlarına sərhəddə vizanın müşayiət tələbi olmadan verilməsinin davamlı mexanizmə çevrilməsi nəzərdən keçiriləcək.
Proqramın diqqətçəkən yeniliklərindən biri “rəqəmsal səyyah” viza altnövünün yaradılmasıdır. Bunun üçün beynəlxalq təcrübə öyrəniləcək, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi hazırlanacaq və yeni viza altnövünün elektron formada tətbiqinə başlanılacaq. Tədbirin 2027–2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR





























