Hotellər, turagentlər və turoperatorlar üçün yeni minimum tələblər müəyyən ediləcək
Azərbaycanda hotellər üçün yeni tələblər müəyyən ediləcək. Turagent və turoperatorlara nəzarət gücləndirilir. Hotellərdə sanitariya və təhlükəsizlik qaydaları dəyişəcəkAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda turizm sənayesi subyektlərinin fəaliyyətinin tənzimlənməsi gücləndiriləcək. “Turizm haqqında” Qanuna hotellər, digər yerləşmə vasitələri, turagentlər və turoperatorlar üçün minimum tələbləri və nəzarət mexanizmlərini nəzərdə tutan dəyişikliklər hazırlanacaq.
Turizm Reyestrinin aparılması mexanizmi təkmilləşdiriləcək və turizm subyektləri üzrə vahid təsnifat sistemi formalaşdırılacaq. Bu tədbirlərin sektorda şəffaflığın yüksəldilməsinə və fəaliyyət göstərən müəssisələr barədə daha əhatəli məlumat bazasının yaradılmasına xidmət edəcəyi gözlənilir.
Mehmanxana və digər yerləşmə vasitələri üçün sanitariya və gigiyena qaydaları ayrıca normativ hüquqi aktlarla müəyyən olunacaq. Eyni zamanda, təhlükəsizlik və fövqəladə hallarla bağlı minimum tələblər hazırlanacaq.
Turistlərin hüquqlarının qorunması məqsədilə mübahisələrin alternativ və ya institusional mexanizmlər vasitəsilə həlli sistemi yaradılacaq.
Dağ və macəra turizmi üzrə peşəkar bələdçilik, sertifikatlaşdırma, ilk yardım, marşrutların idarə edilməsi və operativ koordinasiyanı əhatə edən təhlükəsizlik sistemi də formalaşdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
12 d. əvvəl
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
- 43 d. əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Brand Credit BOKT” 15 illik yubileyini qeyd edib – FOTOLAR
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
Ən çox oxunanlar
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
























