Azərbaycanın 70 restoranı beynəlxalq bələdçilərə daxil ediləcək, 3 restoran beynəlxalq “Ulduz” sertifikatına namizəd olacaq
Azərbaycanın 70 restoranı beynəlxalq bələdçilərə daxil ediləcək. Üç restoran beynəlxalq “Ulduz” sertifikatına namizəd olacaq. Azərbaycanda 200 aşpaz beynəlxalq sertifikat alacaq. Bayılda Kulinariya Təcrübə Mərkəzi yaradılacaq. Tuğda üzüm bağları və şərab zavodu olan turizm mərkəzi açılacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanın qastronomiya turizminin inkişaf etdirilməsi üçün restoranların beynəlxalq platformalara inteqrasiyası, aşpazların sertifikatlaşdırılması və yeni təcrübə mərkəzlərinin yaradılması planlaşdırılır.
Təxminən 500 ictimai iaşə müəssisəsinin müştəri məmnunluğunu ölçən sosial media platformalarına inteqrasiyası dəstəklənəcək. Yetmiş restoran haqqında məlumat “Gault & Millau”, “La Liste” və digər beynəlxalq restoran bələdçilərinin məlumat bazalarına yerləşdiriləcək.
Üç müəssisənin beynəlxalq restoran qiymətləndirmə sistemlərinin “Ulduz”, “Açar”, “Gurman” və digər sertifikatlarına namizəd göstərilməsi planlaşdırılır.
Proqram dövrünün sonunadək 200 aşpaz beynəlxalq dərəcəli sertifikat almalıdır. Dörd beynəlxalq açıq aşpaz çempionatının keçirilməsi və həmin yarışlara 400 aşpazın cəlb edilməsi nəzərdə tutulur.
Bayıl Kulinariya Təcrübə Mərkəzi və Tuğ Enoturizm Təcrübə Mərkəzi yaradılacaq. Tuğdakı mərkəzin şərab zavodu və üzüm bağlarını əhatə etməsi planlaşdırılır.
“Mədəni dadlar” elektron qastronomiya portalındakı məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası da nəzərdə tutulur.
Bundan başqa, ən azı bir beynəlxalq qastronomiya tədbiri və seçilmiş regionlarda 5 festival keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR



























