970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yeni tikilən hər hotel otağına görə subsidiya veriləcək

Azərbaycanda yeni tikilən hər hotel otağına subsidiya veriləcək. Turoperatorlara gətirdikləri hər xarici turistə görə pul ödəniləcək. Hotel kreditlərinin faizinin bir hissəsini dövlət qarşılayacaq. Kiçik turizm şirkətlərinə subsidiya dəstəyi olacaq. Konsert təşkilatçılarının xərcləri dövlət hesabına kompensasiya ediləcək. Azərbaycanda 3 yeni turizm zonası yaradılacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni tikilən hər hotel otağına görə subsidiya veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda turizm sektoruna investisiyaların artırılması üçün geniş subsidiya və təşviq paketi hazırlanacaq.

Reklam_3_11

Turizm layihələri investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji layihələr siyahısına daxil ediləcək. Turizm fəaliyyəti üzrə minimum investisiya məbləğləri müəyyənləşdiriləcək və uyğun layihələrə investisiya təşviqi sənədlərinin verilməsinə başlanılacaq.

Dövlət Proqramında 3 yeni turizm və rekreasiya zonasının yaradılması nəzərdə tutulur. Bu zonaların daxilində ən azı 3 turizm mərkəzi qurulacaq və sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya və yol infrastrukturu ilə təmin ediləcək.

Hotellər, digər yerləşmə vasitələri, sanatoriya-kurort müəssisələri, qış idmanı stadionları və arenaları, konqres və peşəkar sərgi layihələri üçün manatla alınmış kreditlər üzrə faiz subsidiyaları veriləcək. Subsidiyaların Azərbaycan Biznesinin İnkişafı Fondu vasitəsilə təqdim edilməsi nəzərdə tutulur.

Yeni tikilib istifadəyə verilən hər hotel otağına görə investorlara subsidiya verilməsi üçün hüquqi mexanizm hazırlanacaq.

Turoperatorlara Azərbaycana gətirdikləri əcnəbi turistlərə görə subsidiya ödənilməsi planlaşdırılır. Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlara da ayrıca subsidiya dəstəyi veriləcək.

Çarter reyslərini və əlavə müntəzəm aviareysləri təşkil edən şirkətlərin xərclərinin kompensasiyası üçün subsidiya mexanizmləri yaradılacaq.

Konsert, əyləncə proqramı və digər turizm əhəmiyyətli tədbirləri keçirən təşkilatçıların xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması da nəzərdə tutulur.

İş elanları AzVak.az-da

hotel subsidiyası hər hotel otağına subsidiya turoperator subsidiyası turistə görə subsidiya turizm kreditləri faiz subsidiyası Azərbaycan Biznesinin İnkişafı Fondu çarter subsidiyası aviareys subsidiyası turizm və rekreasiya zonası turizm investisiyası mikro sahibkarlar
20.08.2026 18:18
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19