Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Turizm ixtisasları üzrə proqramların 30%-i yenilənəcək

Turizm tələbələri üçün ikili diplom proqramı açılacaq. Turizm sektorunda işləmək istəyənlər üçün yeni kurslar açılacaq
AzVak-mobil_resmin_ustu_31
Turizm ixtisasları üzrə proqramların 30%-i yenilənəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda turizm sahəsində kadr çatışmazlığının aradan qaldırılması və xidmət keyfiyyətinin yüksəldilməsi üçün təhsil proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılacaq.

Dövlət Proqramına əsasən, 2030-cu ilədək turizm üzrə mövcud təhsil proqramlarının 30%-i beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğun yenilənəcək.

Azərbaycan Turizm və Menecment Universitetində xarici ali məktəblə bir beynəlxalq ikili diplom proqramının yaradılması nəzərdə tutulur. Proqram dövründə 40 tələbənin ikili diplom proqramından məzun olması planlaşdırılır.

Turizm ixtisasları üzrə “dual təhsil” sisteminin tətbiqinə başlanılacaq. Tələbələr nəzəri təhsillə yanaşı, turizm müəssisələrində praktiki hazırlıq keçəcəklər.

Turizm sektoruna yeni daxil olmaq istəyənlər üçün peşə hazırlığı kursları, sektorun mövcud əməkdaşları üçün isə ixtisaslaşdırılmış təlimlər təşkil ediləcək.

Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin və Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası və təhsil infrastrukturu təkmilləşdiriləcək.

İş elanları AzVak.az-da

turizm təhsili turizm ixtisasları ikili diplom dual təhsil turizm kursları Azərbaycan Turizm və Menecment Universiteti Bakı Turizm Peşə Məktəbi Mingəçevir Turizm Kolleci turizm kadrları xidmət keyfiyyəti
20.08.2026 18:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19