970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan turizmdə Gürcüstandan 11 pillə geridədir

Azərbaycan turizm sahəsində əlçatanlığa görə 119 ölkə arasında 56-cı yerdədir.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan turizmdə Gürcüstandan 11 pillə geridədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycan Dünya İqtisadi Forumunun “Səyahət və Turizmin İnkişafı İndeksi 2024” hesabatında turizm sahəsində əlçatanlığa görə 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

Ölkə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanı qabaqlayıb. Bununla yanaşı, Azərbaycan Gürcüstandan 11, Qazaxıstandan isə 4 pillə geridə qalıb.

Dövlət Proqramında Azərbaycanın turizm bazarındakı mövqeyinin yaxşılaşdırılması üçün nəqliyyat və viza əlçatanlığının artırılması, turizm bazarlarının şaxələndirilməsi, mövsümiliyin azaldılması, investisiya mühitinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi əsas çağırışlar kimi göstərilib.

Rəqəmsallaşma və dayanıqlı turizmə keçid də ölkənin beynəlxalq rəqabət qabiliyyətinə təsir edən əsas istiqamətlər sırasında yer alıb.

2030-cu ilədək həyata keçiriləcək tədbirlərin Azərbaycanın turizm indeksindəki mövqeyinin yaxşılaşmasına, turist məmnuniyyətinin və sektorun iqtisadi töhfəsinin artmasına xidmət etməsi nəzərdə tutulur.

İş elanları AzVak.az-da

Səyahət və Turizmin İnkişafı İndeksi Azərbaycan 56-cı yer Dünya İqtisadi Forumu Gürcüstan turizmi Qazaxıstan turizmi Cənubi Qafqaz turizmi turizm rəqabətliliyi Azərbaycan turizm reytinqi
20.08.2026 19:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19