Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət şirkətlərində rəqəmlər dəyişib: ixrac 75%, mənfəət 50% artıb

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri nümayiş etdirib. “Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 50%, “Azəralüminium” MMC-nin ixracı 46%, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin (Cəmiyyət) ixracı isə 75%-dən çox artıb.
AzVak-mobil_resmin_ustu_31
Dövlət şirkətlərində rəqəmlər dəyişib: ixrac 75%, mənfəət 50% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan “Azər-Türk Bank”, “Azəralüminium” və Cəmiyyət 2026-cı ilin ilk yarısında əsas maliyyə, istehsal və ixrac göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib.

Azərbaycan İnvestisiya Holdinqinin yaydığı məlumata görə, hesabat dövründə “Azər-Türk Bank”ın xalis mənfəəti 50% artaraq 10,3 milyon manata çatıb, “Azəralüminium”un gəlirləri 41% artaraq 165 milyon manatı, alüminium məhsullarının ixracı isə 46% artaraq 98 milyon ABŞ dollar ötüb. Cəmiyyətin ixrac həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 75,26% artaraq 34 milyon ABŞ dollarına çatıb.

Qeyd edilib ki, bu nəticələr AİH-nin idarəetməsində olan müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi, ixrac potensialının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin müsbət nəticələrini əks etdirir.

“Azər-Türk Bank”: maliyyə göstəricilərində 50% artım

“Azər-Türk Bank” 2026-cı ilin ilk altı ayında əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib. Bankın xalis mənfəəti 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil edib.

Hesabat dövrünün sonunda Bankın aktivləri 2 milyard manatı, kredit portfeli 828 milyon manatı, depozit portfeli isə 1,5 milyard manatı ötüb. Kapital 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlib.

Bankın maliyyə nəticələri ilə yanaşı, dayanıqlı bankçılıq və yaşıl maliyyələşdirmə istiqamətində fəaliyyəti də beynəlxalq səviyyədə qiymətləndirilib. “Azər-Türk Bank” Capital Finance International (CFI.co) tərəfindən “Green Banking Sustainability Pioneer Azerbaijan 2026” mükafatına layiq görülüb.

Bank, həmçinin regional maliyyə inteqrasiyasına töhfə verən IFBS 2026 forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, təhsil və insan kapitalının inkişafı, sosial məsuliyyət və enerji effektivliyinin maliyyələşdirilməsi istiqamətlərində yeni təşəbbüslər həyata keçirib.

“Azəralüminium”: ixrac və mənfəətlilikdə nəzərəçarpan artım

“Azəralüminium” 2026-cı ilin ilk yarısında həm maliyyə, həm də ixrac göstəricilərində yüksək dinamika nümayiş etdirib.

Şirkətin gəlirləri 41% artaraq 165 milyon manatdan çox, EBITDA göstəricisi 41 milyon manat təşkil edib. Mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% yüksəlib.

Alüminium məhsullarının ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. Şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer tutub. Məhsulların 95%-dən çoxunun xarici bazarlara ixrac olunması “Azəralüminium”un Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində və yerli sənaye məhsullarının beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsində mühüm rolunu göstərir.

2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsulu istehsal, 1,8 milyard manatdan artıq dəyərdə məhsulu isə ixrac edib.

Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsal və satışının artırılması istiqamətində işlər davam etdirilir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir

Cəmiyyət ixrac 75%-dən çox artıb

AİH-nin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də istehsal və emal proseslərinin modernləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar ixrac göstəricilərində də özünü göstərib.

2026-cı ilin ilk yarısında Cəmiyyətin ixrac həcmi 34 milyon ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 75,26% artım deməkdir. Cəmiyyət dövlət müəssisələri arasında qeyri-neft ixracının həcminə görə ilk beşlikdə yer alıb.

Cəmiyyətin, Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50%-dən çox yaxşılaşdırılıb. Hazırda Cəmiyyətin Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir.

Cəmiyyətin fəaliyyəti təxminən 3 000 əməkdaşı və 3 152 fermeri əhatə edir. 2025-ci ildə Cəmiyyət tərəfindən 79 min tondan çox xam pambıq tədarük edilib.

Qarşıdakı dövrdə əsas hədəflərdən biri pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.

İdarəetmədə səmərəlilik, inkişafda dayanıqlılıq

"Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan müəssisələrdə əldə edilən nəticələr maliyyə dayanıqlığının gücləndirilməsi ilə yanaşı, istehsalın modernləşdirilməsi, məhsuldarlığın artırılması, yüksək əlavə dəyərli məhsul seqmentinin genişləndirilməsi və ixracın şaxələndirilməsi istiqamətində sistemli yanaşmanın formalaşdığını göstərir.

AİH qarşıdakı dövrdə də sözügedən portfel şirkətlərinin əməliyyat və maliyyə səmərəliliyinin artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi, investisiya imkanlarının genişləndirilməsi və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfənin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək", - məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli 1120 nömrəli Fərmanı ilə yaradılıb.

Azərbaycan İnvestisiya Holdinqi AİH Azər-Türk Bank Azəralüminium Azərpambıq Aqrar Sənaye Kompleksi AİH şirkətləri dövlət şirkətləri qeyri-neft ixracı alüminium istehsalı sənaye ixracı dövlət qeyri-neft ixracatçıları pambıq ixracı Azərpambıq ixracı pambıq istehsalı pambıq məhsuldarlığı Beyləqan Pambıq Zavodu Biləsuvar Pambıq Zavodu ixrac artımı 2026-cı ilin ilk yarısı dövlət müəssisələri maliyyə göstəriciləri ixrac göstəriciləri əməliyyat səmərəliliyi maliyyə dayanıqlığı qeyri-neft sektoru Azərbaycan ixracı korporativ idarəetmə yaşıl maliyyələşdirmə CFI.co Green Banking Sustainability Pioneer Azerbaijan 2026 IFBS 2026
21.08.2026 09:43
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19